Əlil və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin inşasına başlanıb
Tarix: 18.11.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, 2014-cü il 20 iyun tarixli sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə (ƏƏSMN) müharibə əlilləri və şəhid ailələri üçün 6 rayonda (Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Şəki, Qəbələ rayonlarında) fərdi evlərin inşasına başlanıb. Yaxın bir neçə gündə respublikanın daha 46 rayonunda əlil və şəhid ailələri üçün fərdi evlərin tikintisinə başlanacaq.
Beləliklə, ilkin mərhələdə ümumilikdə 52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Fərdi yaşayış evlərinin keyfiyyətli tikinti materiallarından istifadə olunmaqla və müasir tələblərə uyğun inşasına nazirlik tərəfindən xüsusi diqqət yetirilir. Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış binalarında mənzillərlə təminatı həyata keçiriləcək. Dövlət başçısının qeyd olunan Sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, əlil və şəhid ailələri yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində rayon (şəhər) İcra Hakimiyyətləri (İH) tərəfindən növbəyə götürülür və ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü rayon (şəhər) İH-lərinin təqdim etdikləri növbəlilik siyahıları əsasında həyata keçirir. Rayon (şəhər) İH-lərindən ƏƏSMN-ə təqdim olunmuş mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib. Burada həmçinin artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları ictimaiyyətə təqdim olunur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info