Elmar Məmmədyarov BƏƏ nümayəndə heyətini qəbul edib
Tarix: 18.11.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatına görə, görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlıq əsasında iqtisadi-ticarət əlaqələrinin dinamik surətdə inkişafının sevindirici hal olduğunu, ölkələrimizin malik olduğu zəngin potensiala uyğun ticarət dövriyyəsinin daha da artırılması üçün əlverişli imkanların olduğunu qeyd ediblər. Bu baxımdan birgə hökumətlərarası komissiyanın əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılıb.
Görüşdə kənd-təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri, nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Fondun 2018-ci ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib
24.01.2019
“İxtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar”
24.01.2019
Tural Gəncəliyev Avropa İttifaqı təmsilçilərilə görüşüb
24.01.2019
Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 “Bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işləri aparılır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info