Nazirlik erməni helikopterinin vurulması anının animasıya görüntüsünü yayıb
Tarix: 18.11.2014 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyi noyabrın 12-də Ağdam rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı vurulmuş, ermənilərə məxsus Mi-24 hərbi helikopteri ilə bağlı araşdırmanın nəticəsini yayımlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinə atəş dəstəyi verən Mi-24 döyüş helikopteri cütlüyü heyətlərinin uçuşları və yerinə yetirdiyi tapşırıqların təhlili ilkin nəticəni bir daha təsdiqləyir.
Ərazidə aparılan son müşahidələrə əsasən, əməliyyat-kəşfiyyat məlumatları və hərbi aviasiya mütəxəssislərinin rəylərinə istinadən hadisələrin hazırlanmış animasiya modelindən aydın görünür ki, uçuş heyəti helikopterin döyüş təyinatına uyğun olaraq cəbhənin ön xəttində yerləşən mövqelərimizə atəş zərbələri endirmək tapşırığını icra edib.
Qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirdikdən, yəni mövqelərimizə atəş açdıqdan sonra düşmən helikopterləri döyüş təlimatlarının tələblərinə tam əməl etməklə bir-birini manevrlərlə qoruyaraq atəş zonasını tərk edib.
«Erməni tərəfinin hadisə ilə bağlı məlumatları manipulyasiya etməsini, işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulmasını, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşların ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndirilməsini nəzərə alaraq bildiririk ki, movqelərimizə atəş açan düşmən hərbi helikopteri cavab atəşi ilə məhv edilib», - deyə məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 12-də Ağdamda Azərbaycan Ordusunun mövqelərinə hücum edən ermənilərə məxsus 2 ədəd Mi-24 döyüş helikopterindən biri vurulub. Helikopterdə olan 3 hərbçi hadisə yerində ölüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info