ATİ-də “Regional strateji planların hazırlanması” mövzusunda tədbir
Tarix: 18.11.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


ATİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Turizm İnstitutunda (ATİ) Avropa Birliyinin “Tempus” layihəsi çərçivəsində Fransanın Savon Universitetinin nümayəndələrinin təqdimatında “Regional strateji planların hazırlanması” mövzusuna həsr olunan tədbir keçirilib. Görüşdə ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov başda olmaqla institutun müvafiq şöbə və kafedra müdirləri, eləcədə fakültə dekanları iştirak ediblər. Görüşə həmçinin layihənin fəal iştirakçılarından sayılan Azərbaycan Texniki Universitetinin nümayəndələri də dəvətli idilər. ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açdıqdan sonra Aİ tərəfindən maliyyələşdirilən “Tempus” layihəsinin gənc bir ali təhsil ocağı sayılan ATİ-nin inkişafına müsbət təsirini detallı şərh etdi. Öz növbəsində Savon universitetinin nümayəndələri çalışdıqları ali təhsil ocağının strukturu, mövcud fakültələr və şöbələr haqqında ətraflı məlumat verdilər. Təqdimatın önəmli hissələrindən biri Savon Universitetində strateji planlamanın təhsildə hansı metodlar vasitəsilə aparılması haqqında idi.
Tədbirin sonunda ATİ-nin Tədris işləri üzrə prorektoru s.ü.f.d. Eldar Aslanov görüş iştirakçılarına Azərbaycan Turizm İnstitutunun fəaliyyət istiqaməti, strukturu və strateji planları ilə bağlı ətraflı məlumat verdi.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info