Kanadada Azərbaycan
Tarix: 18.11.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Dr. Sərvər Qurbanov
Qafqaz Universiteti, Sosial - İqtisadi Tədqiqatlar Mərkəzi


Bünövrəsi, 3 oktyabr 2009-cu ildə Naxçıvan Andlaşması ilə qoyulan Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurasının son illərdə əsas müzakirə etdiyi mövzulardan biri də, xarici ölkələrdə diaspor fəaliyyətlərinin birgə həyata keçirilməsidir. Dövlət başçılarının, göstərdiyi istiqamətin Kanadadakı qeyri-hökümət təşkilatları (QHT) üçün ciddi bir üfüq olduğunu əyani sürətdə müşahidə etmək imkanım oldu.
İndiyə qədər Kanadaya getməyənlər üçün, səfərimizlə bağlı bəzi texniki məlumatları belə vermək olar: Təyyarə, İstambuldan Montreala 7720 km uçur. Uçuş müddəti 10 saat, təyyarənin orta sürəti isə saatda 850 km-dir. Qayıdanda isə, Torontodan İstambula olan səfər, 9 saat vaxt apardı. Arada bir salondakı məlumat ekranında təyyarənin, saatda 1000 km uçduğunu görürdüm.
Kanada iqtisadiyyatında ilk nəzərəçarpan məqam daşınmaz əmlakın Azərbaycanla müqayisədə kifayət qədər bahalı olmasıdır. Toronto kimi sənaye şəhərində yaxşı bir evi 700 min Kanada dollarına (480 min manat) satın almaq mümkündür. İpoteka kreditilə isə ilkin ödəniş 100 min dollar (69 min) ola bilər. Kanadada kənd təsərrüfatı ilə bağlı maraqlı bir məqamı belə qeyd etmək olar: Mərcimək Anadolu torpaqlarından dünyaya yayılmasına baxmayaraq, Türkiyə Kanadadan mərcimək idxal edir. Türkiyənin mərcimək idxalatında Kanadanın payı 90 faizdən çoxdur.
Anadolu Mədəniyyətləri Federasiyasının (Anatolian Heritage Federation) dəvəti ilə iştirak etdiyimiz II Türkdilli ölkələr - Kanada Qurultayında (II Turkic - Canadian Convention), səfərimiz həm məhsuldar, həm də maraqlı oldu. İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyi (SDİB) ilə Qafqaz Universiteti arasında imzalanan əməkdaşlıq sazişinə əsasən, İpək Yolunun heyətində yer aldım. Kanadalı investorlarla azərbaycanlı işadamları arasında daha çox körpünün qurulması istiqamətində təqdimatım oldu. Təqdimatda, əsasən Azərbaycanda 2015-2020 illəri əhatə edəcək sənayenin inkişafı üzrə dövlət proqramının kanadalı investorlar tərəfindən izlənməsinin əməkdaşlığın inkişaf etdirilməsi üçün lazımlı bir dövlət sənədi olduğunu xüsusilə qeyd etdim. Tədbirdə, Kanadanın ən böyük sahibkarlıq federasiyası, 10 mindən çox üzvü olan, Kanada Emal Sənayesi və İxracatçıları Birliyinin prezidenti Ceysın Mayers də iştirak edirdi.
Adında Anadolu ifadəsinə baxmayaraq, AHF, bütün Türkdilli ölkələrin Kanadada eşidilən səsi olmağı bacaran bir nümunəvi QHT kimi göz oxşayır. Türkiyədən və Kanadadan millət vəkillərinin və senatorların iştirak etdiyi qurultayda, Azərbaycanın Kanadadakı səfirliyindən, müvəqqəti işlər üzrə vəkil Cənab Ramil Hüseynlinin təqdimatını xüsusi bir maraq doğuran məqam kimi burada qeyd etmək lazımdır. İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov və idarə heyətinin üzvü Dr. Elnur Əsgərli isə azərbaycanlı iş adamlarının maraq dairəsini biznes forumda Kanadalı həmkarları ilə bölüşdülər. Qurultayda üç sessiya var idi: birinci sessiyada Dr. Elnur Əsgərli, ikinci sessiyada bu sətirlərin müəllifi, üçüncü sessiyada isə cənab Ramil Hüseynli Azərbaycanla bağlı təqdimat etdilər. Beləcə, həm auditoriya, həm də natiqlər, Azərbaycan iqtisadiyyatı haqqında ətraflı bir məlumat əldə etmək imkanına qovuşdular. Bununla yanaşı, qurultayda iştirak edən kanadalı elm adamları, Azərbaycanda Kanada səfirliyinin tezliklə fəaliyyətə başlaması barəsində öz tövsiyyə xarakterli təkliflərini dəfələrlə səsləndirdilər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info