İki boksçumuz növbəti mərhələdə
Tarix: 18.11.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında Dünya Çempionatı davam edir. Yarışın ikinci günündə milli komandamızın 4 üzvü rinqə çıxıb.
Onlardan ikisi - Yelena Vıstropova (69 kq) və Yana Alekseyeva (60 kq) qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıblar. Avropa çempionu Vıstropova İngiltərə boksçusu Steysi Kopelandı məğlub edib - 3:0. Milli komandamızın üzvü 1/8 finalda taypeyli Çhen Çia Çunla qarşılaşacaq. Yana Alekseyeva isə ilk görüşdə Macarıstan təmsilçisi Vivien Tsombordan üstün olub - 3:0. Boksçumuz 1/16 finalda almaniyalı Taşena Buqarla üz-üzə gələcək. Təəssüf ki, Anaxanım Ağayeva (51 kq) və Məhsəti Həmzəyeva (57 kq) ilk mərhələ uduzaraq, Dünya Çempionatından kənarda qalıblar. Ağayeva taylandlı Sopida Satumruma, Həmzəyeva isə meksikalı Esquel Ledesmaya uduzub.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info