“Azərbaycanda olan erməni ailəsini qəbul edəcək ölkə hələ ki, tapılmayıb”
Tarix: 19.11.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Azərbaycanda olan erməni ailəsi ilə beynəlxalq humanitar hüquq normaları əsasında davranılır”. Bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib. O, bildirib ki, Azərbaycan tərəfi həmin ailəni 4 ildir ki, qaçqın kimi saxlayır: “O insanlar öz ölkələrindən baş götürüb qaçmaq istəklərini əvvəldən bildiriblər. Onların saxlama şəraitindən ictimaiyyətin, mətbuatın məlumatı var. Onların üçüncü ölkəyə getməsi bizim komissiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətlərinə aid deyil. Bu məsələ ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Baş Komissarlığının Azərbaycan üzrə nümayəndəliyi məşğul olur. Lakin onu deyə bilərəm ki, onları qəbul edəcək ölkə hələ ki, tapılmayıb” . Firudin Sadıqov onu da qeyd edib ki, Ermənistan Dağlıq Qarabağdakı əlaltıları vasitəsi ilə Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə şousu düzəldib.
F. Sadıqov bildirib ki, girov azərbaycanlıların öz dillərində, başa düşdükləri dildə özlərini müdafiə etmək imkanı yoxdur: “Guya onları tərcüməçi ilə təmin ediblər. Lakin tərcüməçi rus və Azərbaycan dillərini səlis bilmir. Məhkəmə zalında maskalı şəxslər iştirak edir. Bu da təzyiq vasitəsidir. Təqsirləndirilən şəxslər ayrıca oturmalı, tərcüməçiləri, vəkilləri ilə sərbəst şəkildə ünsiyyətdə olmalıdırlar. Ermənilərin özlərinin yaydığı kadrlara baxanda da görünür ki, onların suallara hazırlaşmaq imkanı yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info