ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan olundu
Tarix: 19.11.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Missuri ştatının qubernatoru Cey Nikson 18 yaşlı afroamerikalı Maykl Braunun qətli ilə bağlı məhkəmə qərarının elan olunması ərəfəsində fövqəladə vəziyyət elan edib. Hakimlər qara dərili gənci öldürən polis Darren Uilsona ittiham irəli sürmək üçün yetərincə dəlil olub-olmadığını araşdırırlar.
TASS informasiya agentliyi xəbər verir ki, hakimlərin qərarının dəqiq vaxtı bəlli olmasa da, onun bir neçə gün ərzində elan ediləcəyi gözlənilir. Hökumət və yerli əhali məhkəmənin Uilsonu günahkar bilməyəcəyi təqdirdə Missuridə iğtişaşların yeni dalğasının baş qaldırmasından ehtiyat edirlər. Ştatda fövqəladə vəziyyət 30 gün davam edəcək. Bu, yerli hakimiyyətə mümkün iğtişaşların yatırılmasına Milli Qvardiyanın hərbçilərini cəlb etmək imkanı verəcək. İnsidentdən 100 gündən də çox vaxt keçməsinə baxmayaraq, Uilsona hələ də ittiham irəli sürülmədiyindən hiddətlənən nümayişçilər artıq məhkəmə binasını dövrəyə alıblar. Qeyd edək ki, Afrika əsilli amerikalı Maykl Braun avqustun 9-da Fergüson şəhərinin kənarındakı Sent-Luis səmtində hüquq mühafizəçilərinin tələblərinə tabe olmadığı və onlardan biri ilə əlbəyaxa savaşa çıxdığı üçün qətlə yetirilib. Bəzi şahidlərin dediyinə görə, polis Maykla atəş açan zaman artıq o, əllərini qaldırmışdı. Həmin hadisə ABŞ-da, əsasən də 21 minlik əhalisinin üçdə iki hissəsini afroamerikalıların təşkil etdiyi Fergüsonda irqi zəmində qətl kimi qiymətləndirilir. Bununla bağlı Fergüsonda və Missurinin başqa şəhərlərində bir çox hallarda iğtişaşlarla müşayiət olunan mütəmadi nümayişlər başlamışdı. Etirazçılar Mayklı güllə ilə vuran polisin həbs olunaraq məhkəmə qarşısına çıxarılmasını tələb edirdilər.
Etiraz aksiyaları zamanı həddən artıq sərt davranan amerikalı polislər nümayişləri rezin güllələr və gözyaşardıcı qaz vasitəsilə dağıdaraq beynəlxalq hüquq təşkilatları tərəfindən kəskin tənqidə məruz qalmışdılar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info