“İRS-Patrimonio” jurnalı italiyalı oxucuları zəngin mədəniyyətimizlə bağlı məlumatlandırır
Tarix: 19.11.2014 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın zəngin mədəni irsi, ictimai-siyasi və sosial həyatı ilə bağlı məlumatların yer aldığı məşhur “İRS-Patrimonio” jurnalının ölkəmizin xüsusi qonaq qismində iştirak etdiyi “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”na həsr olunmuş nömrəsi italiyalı oxucularda böyük maraq yaradıb.
“İRS-Patrimonio” jurnalında Azərbaycan ilə bağlı italiyalı oxucuların diqqətini cəlb edən bir çox maraqlı məqalələr yer alıb. İlk olaraq nəşrdə Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyətindən və buradakı qədim qayaüstü təsvirlərdən bəhs olunur. Vurğulanır ki, Qobustanın qayaüstü kolleksiyası 6 mindən artıq təsvirdən ibarətdir. 2007-ci ildə Qobustan qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Azərbaycanın ən qədim və gözəl məkanlarından biri olan Naxçıvan Muxtar Respublikası barədə məlumatların yer aldığı jurnalda oxucuların diqqətinə çatdırılır ki, zəngin arxeoloji kompleksləri, tarixi abidələri, füsunkar təbiəti ilə seçilən bu diyar regionda mədəni zənginliyin və müxtəlifliyin qorunub saxlanıldığına gözəl nümunədir.
Müalicəvi əhəmiyyətinə görə dünyada məşhur olan Naftalan nefti də nəşrin əsas mövzularından biridir. Bildirilir ki, Azərbaycana üz tutan minlərlə insan müxtəlif xəstəliklərdən xilas olmaq üçün burada Naftalan nefti ilə müalicə olunur. Buraya gələnlər Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Neft tərkibli yağla həyata keçirilən müalicə insan bədəninin müxtəlif hissələrindəki ağrıları aradan qaldırmağa, bir çox dermatoloji xəstəlikləri sağaltmağa kömək edir.
Jurnalda, həmçinin Qarabağın orta əsr abidələri və mətbəxi ilə bağlı geniş məqalələr də yer alıb. Qeyd edilir ki, orta əsrlərdə Qarabağda memarlıq və şəhərsalma, dekorativ-tətbiqi sənət sahələri inkişaf etməyə başlayıb. Bu bölgədə 2 mindən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınıb.
Qarabağ mətbəxinin ən ləziz nümunələrindən danışılan məqalədə bildirilir ki, arxeoloji və tarixi tədqiqatlar minilliklər ərzində Qarabağ kulinar mədəniyyətinin öz mahiyyətini qoruyub saxladığını göstərir. Yazıda bölgənin sakinlərinin qida rasionuna daxil olan ərzaqlardan, yeməklərin hazırlanma və süfrəyə təqdim edilmə qaydalarından geniş bəhs edilir.
Jurnalda müsəlman Şərqində ilk operanın yaradıcısı, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası barədə də məlumat verilir. Bildirilir ki, operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından götürülüb. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında operettanın 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul olunub.
Məqalələr oxuculara çoxsaylı şəkillərlə təqdim edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info