Səfirliyimizin vurulan Ermənistan helikopteri ilə bağlı bəyanatı İtaliya KİV-lərində yayılıb
Tarix: 19.11.2014 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın İtaliyadakı səfirliyinin Ermənistana məxsus hərbi helikopterin Silahlı Qüvvələrimiz tərəfindən vurulması ilə bağlı bəyanatı yerli KİV-lərdə yayılıb.
Səfirliyin bəyanatında bildirilir ki, işğal olunmuş Ağdam rayonunda cari il noyabrın 12-də Azərbaycanın hava məkanını pozaraq hücuma cəhd edən zaman Ermənistan silahlı qüvvələrinə məxsus helikopter məhv edilib. Ermənistan rəsmi Bakının icazəsi olmadan Azərbaycanın hava məkanında uçuşlar həyata keçirməklə beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmır. Bu addım Azərbaycanın suverenliyinin pozulması halı kimi qəbul olunur.
Bəyanatda diqqətə çatdırılır ki, noyabrın 12-də baş vermiş bu hadisə bir daha göstərir ki, regionda sülh və təhlükəsizlik yalnız ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə həllini tapa bilər.

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, problemin həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verilir. Bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə edilsə də, son aylarda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində tez-tez gərginlik müşahidə olunmaqdadır. Münaqişə nəticəsində on minlərlə azərbaycanlının həyatına son qoyulub, bir milyondan çox insan məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnamə qəbul etməsinə, ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların səylərinə baxmayaraq, münaqişə hələ də həllini tapmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info