Əcnəbi diplomatlar ADA Universitetində təlim kursu keçirlər
Tarix: 19.11.2014 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


ADA Universitetinin İxtisasartırma Proqramları noyabrın 19-27-də xarici diplomatlar üçün təlim kursu keçirir.
Təlim kursunun açılışında universitetin prorektoru Fariz İsmayılzadə çıxış edərək, məqsədin xarici diplomatlara və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında daha müfəssəl məlumat vermək olduğunu deyib.
Prorektor bildirib ki, kurs müddətində iştirakçılarına bu regionun tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və ərazi münaqişələri, ticari və iqtisadi münasibətləri, geopolitik və regional təhlükəsizliyi və digər məsələlər barədə məlumat veriləcək.
Kursda Əfqanıstan, Argentina, Banqladeş, Bolqarıstan, Çin, Kolumbiya, Xorvatiya, Misir, Malayziya, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya və Türkmənistan Xarici İşlər nazirliklərində çalışan yüksək və orta çinli 16 diplomat iştirak edir. Kursun təlimçiləri arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri var. Proqram çərçivəsində iştirakçılar Azərbaycan Xarici İşlər Nazirliyində, Səngəçal terminalında olacaq, Şəki və Qəbələ regionlarına səfər edəcəklər. Sonda iştirakçılar sertifikatlarla təltif olunacaq.
Qeyd edək ki, 2010-cu ildən etibarən keçirilən bu təlimdə indiyədək Türkiyə, Asiya, Afrika, Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrindən diplomatlar, o cümlədən ABŞ-dan tədqiqatçılar və tələbələr iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info