“Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələri yüksək qiymətləndirilib
Tarix: 19.11.2014 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Tokioda “Cross Border Club”un və “WorldInvesters TV” internet televiziyasının təşkil etdiyi toplantıda Bakıda ilk dəfə keçirilmiş “Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələri yüksək qiymətləndirilib.
Toplantını açan “WorldInvesters TV” internet televiziyasının prodüseri, xarici ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida “AS Global Menegment Co.LTD” şirkətinin təşkilatçılığı ilə noyabrın 14-15-də Bakıda keçirilən “Yaponiya və Azərbaycan biznes festivalı”nın nəticələri barədə məlumat verib. Festivalın çox uğurlu keçdiyini vurğulayan K.İşida onun iki gün ərzində üç mindən artıq insan tərəfindən ziyarət olunduğunu, iki ölkənin iş adamları arasında gələcək əməkdaşlıqla bağlı maraqlı müzakirələrin aparıldığını bildirib. Azərbaycanın inkişafını Yaponiyanın sürətli “Şinkansen” qatarlarına bənzədən natiq, yapon iş adamlarını bu sürət qatarında yer tutmağa tələsməyə çağırıb. Vurğulayıb ki, Bakıda təşkil edilən sərgi regionun lider dövlətinə çevrilmiş Azərbaycanın iş adamları ilə əlaqələrin qurulmasında mühüm rol oynayacaq. Festivala yerli mətbuatın böyük maraq göstərdiyini qeyd edən K.İşida sərgi haqqında ətraflı materiallara görə “AzərTAc”a və Azərbaycan Televiziyasına xüsusi minnətdarlığını bildirib.
Səfərdə iştirak etmiş biznesmenlər Azərbaycan haqqında zəngin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycanın son illər dinamik inkişafının şahidi olduqlarını qeyd edən iş adamları ölkəmizin həm qədim tarixə, mədəniyyətə malik olduğunu, həm də müasir tikililəri ilə fərqləndiyini vurğulayıblar.
Toplantıda Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı ölkəmizdə investisiya imkanları və biznesin təşkili haqqında məlumat verib, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb.
Sonda iştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları cavablandırılıb, maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info