Xəstəliklərə diaqnozun qoyulmasında yeni sistem tətbiq ediləcək
Tarix: 19.11.2014 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Azərbaycanda xəstəliklərə simptomlara görə diaqnoz qoyulmasının elektron sistemi yaradılacaq. Bu barədə “Doctormap” layihəsinin rəhbəri Fərid Fərhadov bildirib. “Doctormap” layihəsi Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi hesabına reallaşır. Layihənin reallaşdırılmasına Dövlət Fondu tərəfindən 20 min manat vəsait ayrılıb. F.Fərhadovun sözlərinə görə, sistem ilkin diaqnozun effektivliyi ilə müqayisə edilə bilən olacaq və hansı həkimə müraciət etməyin lazım olduğu barədə tövsiyə verəcək: "İlkin diaqnozun təyini “doctormap.az” səhifəsində mümkün olacaq. Sistemin istifadəçisinin onu narahat edən simptomları göstərməsi kifayətdir, bundan sonra sistem həkim-mütəxəssisi avtomatik olaraq müəyyən edəcək. Xidmət vətəndaşlar üçün ödənişsiz olacaq". “Doctormap” layihəsi aktiv xəritədən ibarətdir ki, orada xəstəxanaların və həkimlərin yerləşdikləri obyektlər göstərilib. Saytda təqdim edilmiş həkim-mütəxəssislərin sayı məhdudlaşdırılmış olacaq. F.Fərhadovun sözlərinə görə, əsas meyar yüksəkixtisaslı həkimlərin seçimidir. Sistemdə həkimlərin qeydiyyatı ödənişli əsasda aparılır: "Gələcək planlara “Onlayn-aptek” modulunun da buraxılması daxildir. Onun əsas xüsusiyyəti lazımlı dərmanın apteklərin təqdim olunmuş bütün məlumat bazalarında axtarışını asanlaşdırmaqdır. İstifadəçi ona lazım olan preparatın qiymətini əyani şəkildə müqayisə edə biləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info