Günərzi qayğı mərkəzləri şəbəkəsi genişləndiriləcək
Tarix: 19.11.2014 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən gələn il icra olunması nəzərdə tutulan sosial xidmətlərin prioritet istiqamətləri müəyyən olunub. UNİCEF-lə əməkdaşlıq şəraitində müəyyən edilən bu prioritetlərdən biri kimi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərə tutulur. Sosial sifarişlər üzrə gələn il müsabiqələrin elan olunması zamanı digər prioritetlər kimi, bu istiqamət də diqqətdə saxlanacaq. Burada əsas məqsəd uşaqların de-institusionalizasiya və alternativ qayğı tədbirləri ilə əhatə olunması, onların dövlət uşaq müəssisələrinə düşmək riskinin minimuma endirilməsidir. Bu, həmçinin gün ərzində uşaqların qayğısını çəkmələri səbəbindən işləmək imkanı olmayan valideynlərin əmək fəaliyyəti ilə məşğul olmalarına şərait yaratmaq məqsədinə xidmət edir. ƏƏSMN-nin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən cari ilin ötən dövründə icra olunan layihələr çərçivəsində hazırda respublikanın 11 rayonunda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax Bərdə) günərzi qayğı mərkəzləri yaradılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info