“geo.de”: “Bakının nəhəng memarlıq kompleksləri insanı heyrətləndirir”
Tarix: 19.11.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Almaniyanın “geo.de” elektron jurnalında “Keçmiş nəhəng müasirliyi qarşılayır” başlıqlı məqalə dərc olunub. Məqalədə Bakıya səfər etmiş alman jurnalist Gerd Krauskopfun paytaxtımızla bağlı təəssüratları öz əksini tapıb. Maraqlı bir dillə, gözəl üslubda, əhatəli və dolğun şəkildə hazırlanmış məqaləni ixtisarla təqdim edirik.
- Əvvəllər Xəzər dənizinin sahilində yerləşən nəhəng, tozlu, yarımsəhra bir şəhərdə İpək Yolu üzərində yorğun ticarətçilərin olduğunu təsəvvür etmək çətindir. Şəhərin nəhəng memarlıq kompleksləri insanı heyrətləndirir.
Şəhər 1001 gecədəki nağıllardan birini xatırladır ki, bu da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ikinci neft bumu ilə bağlıdır. Keçən əsrdəki birinci neft bumu zamanı Nobel və Rotşild kimi tanınmış neft baronları bolşeviklərin qələbəsindən sonra 1917-ci ildə ölkəni tərk etdilər. Lakin onların şərq üslublu fasadları və klassik Avropa üslubunda olan əsrarəngiz villaları şəhərin memarlıq görünüşünə xüsusi gözəllik verməklə yanaşı, Yaxın Şərqi, Asiya və Avropanı özündə birləşdirir. 2012-ci ildə Bakıda Avroviziya mahnı müsabiqəsinin keçirilməsi üçün qısa zaman ərzində 25 min tamaşaçı üçün müasir memarlıq konsepsiyası – “Baku Crystal Hall” tikilib. Onun yaxınlığında dünyada hündürlüyünə görə ikinci olan bayraq dirəyi yerləşir. Memarlıq nümunələrindən Heydər Əliyev Mərkəzi öz müasir görünüşünə və dalğavarı formasına görə sovet tikililərindən xüsusilə fərqlənir.
Tərtəmiz və çox yaxşı işıqlandırılmış tunel vasitəsilə küçənin o biri tərəfinə keçərək UNESCO-nun mədəni irsi siyahısına daxil olunmuş İçərişəhərə gəlib Qız Qalasının gözəlliyini seyr edirəm. İçərişəhərdəki labirinti xatırladan dar küçələrdən keçərkən şüşəli balkonlara baxıram və onların arasından xeyli uzaqda yerləşən axşamlar işıqlandırılan nəhəng “Fairmont Baku at the Flame Towers”ı görürəm. Burada ənənənin müasirliyi necə qarşıladığını görməmək mümkünsüzdür.
Dincəlmək üçün ənənəvi çay evlərindən birinə gedib orada təzəlikcə açılmış xalça muzeyində çəkdiyim şəkillərə baxıram. Xalça formasında tikilmiş bu müasir muzeydə ölkənin müxtəlif regionlarından olan eksponatlar nümayiş olunur. Bu an yadıma düşür ki, Bakıda nə böyük və mötəbər idman yarışı “Bakı-2015” birinci Avropa Oyunları keçiriləcək.
Paytaxt Bakıdan cənubda 60 kilometr aralıqda daş dövründən qalmış qayaüstü rəsmləri görmək üçün Xəzər Dənizi boyunca Qobustana gedirəm.
Yolda 1844-cü ildə qədim Bibi Heybətdə dünyada ilk dəfə olan neft quyusu ilə yanaşı təzə tikilmiş neft və qaz terminallarını görürəm. Əgər əvvəllər “Qara Qızıl” atlar vasitəsilə taxta çəlləklərdə daşınırdısa, indi bu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə daşınır.
Böyükdaş dağını əhatə edən böyük qayalara baxıram və orada yeni tikilmiş muzeyə baş çəkirəm. Burada mübarizə aparmış kişilər, amazon qadınları və bütün heyvan növləri haqda məlumatlar vardır. Keçmiş dövrlərdəki həyat haqda fikirləri bir kənara qoyaraq sakitlikdə dənizə qədər uzanan ərazilərə baxıram. Deyilənə görə, buralarda əvvəllər çiçəklənmiş diyar olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info