Azərbaycanda yükdaşımalar 2% artıb
Tarix: 19.11.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 183 mln. 52,3 min ton təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin 10 ayı ərzində qeyri-neft yükdaşımalarının həcmi 3,1% - 130,4 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 76,5%, dövlət sektorunun payına 23,5% düşüb. 10 ay ərzində qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi 3,8% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 17 mln. 877,7 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2013-cü ilin yanvar-oktyabr aylarının göstəricisindən 6,8% azdır.
Yanvar-oktyabr aylarında respublikanın dəniz nəqliyyatı ilə 8 mln. 51,2 min ton (azalma 17,7%) müxtəlif yük daşınıb. Bununla yanaşı, daşınmış yüklərin 56,2%-ni neft və neft məhsulları, 43,8%-ni isə quru yüklər təşkil edib.
Hesabat dövründə hava nəqliyyatı ilə 99,3 min ton yük daşınıb, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur.
Yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 105 mln. 741,8 min ton (artım 2,7%) təşkil edib.
Bu dövrdə daxili neft kəmərləri ilə 38 mln. 581,3 min ton neft (artım 6,8%) nəql edilib. Bu zaman 29,1 mln. ton və ya nəqlin bütün həcminin 75,4%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. DSK-nın məlumatına görə, yanvar-oktyabr aylarında BTC neft kəməri ilə 4,4 min ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info