Avropa Oyunları zamanı paytaxtda nəqliyyatın hərəkəti necə tənzimlənəcək?
Tarix: 19.11.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı idmançıların, nümayəndə heyətlərinin, qonaqların, eləcə də paytaxt əhalisinin nəqliyyatdan istifadəsi necə tənzimlənəcək? Bununla bağlı sualımızı cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev bəzi mühüm məqamlara aydınlıq gətirib.
NİİM-in baş direktoru “AzərTAc”a müsahibəsində bildirib ki, idman yarışlarının keçiriləcəyi ərazilərdəki yollarda xüsusi zolaqlar salınması planlaşdırılır. Bu yol zolaqları yalnız idmançılar, işçi heyət, qonaqlar üçün nəzərdə tutulur. Əhali isə yolun digər zolağından istifadə edəcək. Eyni zamanda, yarış iştirakçılarının və qonaqların idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmasını təmin etmək məqsədilə ekspress marşrutlar təşkil olunacaq. Həmin marşrutlarda ictimai nəqliyyat vasitələri işləyəcək.
Avropa Oyunları zamanı nümayəndə heyətlərinə və qonaqlara xidmət göstərəcək sürücülər də müəyyənləşdirilir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı sərnişin və yükdaşımalarının təşkili idarəsinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov qeyd edib ki, hazırda nümunəvi sürücülərin siyahıları tərtib olunur. Onlar qabaqcadan müəyyən edilmiş marşrutlar üzrə avtobuslarda işləyəcəklər. Sürücülər üçün vahid geyim formasının hazırlanması da gündəmdə duran məsələlərdəndir.
Bundan əlavə, Avropa Oyunları ilə əlaqədar paytaxta əlavə 300 avtobus gətiriləcək. Artıq onlardan 50-si Bakıya çatdırılıb. Türkiyə istehsalı olan İsuzu” markalı bu avtobuslar özünün yüksək komfortluğu ilə seçilir və 60 sərnişin tutumuna malikdir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info