H.Bağırov:“Dənizə çirkli su axıntılarının miqdarı demək olar ki, minimuma endirilib“
Tarix: 19.11.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Təxminən 60-a yaxın rayon mərkəzində çirkli suların təmizlənməsi ilə bağlı irimiqyaslı kanalizasiya layihələri həyata keçirilir. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. Nazir qeyd edib ki, Həştərxanda prezidentlərin görüşü zamanı da bu mövzu geniş müzakirə olunub və müəyyən sənədlər imzalanıb: “Azərbaycan öz növbəsində bununla bağlı çox iş görüb. 104 kilometr məsafədə Abşeron yarımadasının şimal sahillərində dənizə sıfır axıntı prinsipi həyata keçirlib. Böyük axarların üzərində "Azərsu" müəssisələr tikib və dənizə təmiz su axıdılır. Sahibi olmayan axıntıların üzərində isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 17 stansiya quraşdırıb. Bunun nəticəsində də axan sular təmizlənərək dənizə buraxılır. Artıq neçə illərdir ki, Respublika Gigiyena və Epidemilogiya Mərkəzi çimərlik mövsümündə monitorinqlər keçirir. Monitorinqlərin nəticəsi elan ediləndə də məhz həmin 104 kilometr məsafədə patogen mikrobların olmadığını qeyd edirlər".
Nazir onu da əlavə edib ki, böyük sutəmizləyici qurğular yenilənib, yeni qurğular tikilir: “Həmin qurğular tullantı sualırının emalı ilə məşğul olur. Bakıdan şimal istiqamətdə dənizə çirkli su axıntılarının miqdarı demək olar ki, minimuma endirilib. Bu iş davam etdirilir. Bunun başa çatması nəticəsində ölkəmiz bu sahə üzrə inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info