Kamal Abdullayev Marat Askenderov və Vidadi Babayevlə görüşüb
Tarix: 19.11.2014 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Rusiya Federasiyasının Dağıstan Respublikasının Bakıdakı nümayəndəsi Marat Askenderov və onun müavini Vidadi Babayevlə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanda mövcud olan milli və dini tolerantlıq ənənələri, multikultural rejim, Azərbaycan dövlətinin və qanunvericiliyinin ölkə ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabərhüquqlu münasibəti barədə danışılıb. Ümummilli lider Heydər Əliyevin tolerant prinsiplərə əsaslanan siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi yüksək dəyərləndirilib.
Marat Askenderov Azərbaycandakı fəaliyyəti haqqında danışıb və Dağıstan Respublikasının milli siyasət məsələləri üzrə naziri Tatyana Qamaleyin noyabrın 21-də Maxaçqalada keçiriləcək “Dağıstan xalqlarının mədəniyyətinin, ənənələrinin qorunması və inkişafı üzrə həmvətənlərin ictimai təşkilatlarının qarşısında duran məsələlər” mövzusunda müşavirəyə rəsmi dəvətini Dövlət müşavirinə çatdırıb.
Görüşdə Azərbaycan və Dağıstan arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin daha da dərinləşməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info