Ermənistan əhalisinin 32 faizi yoxsuldur
Tarix: 19.11.2014 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Ermənistan Milli Statistika Komitəsinin rəsmi məlumatına görə, 2013-cü ildə bu ölkədə yoxsulluq 32 faiz təşkil edib. Bu isə ötənilki rəqəmdən 0,4 faiz aşağıdır.
Xidmətin "Ermənistanın sosial xəritəsi və yoxsulluq" adlı hesabatına əsasən 2013-cü ildə ölkənin hər 3 nəfərindən biri, yəni 967 min nəfəri yoxsuldur. APA TV-nin xəbərinə görə, onlardan 13.3 faizi, yəni 402 mini çox yoxsul, 2.7% faizi, yəni 82 mini isə son dərəcə yoxsul hesab olunur.
Hesabata əsasən, ölkədə 2011-ci ildən yoxsulluğun səviyyəsinin azalmasına baxmayaraq, bütün hallarda göstəricilər 2008-ci ilin göstəricilərindən yüksəkdir.
Bununla belə, şəhər və vilayətlər arasında yoxsulluq səviyyəsi ilə bağlı fərq o dərəcə də yüksək deyil. Bu rəqəm kəndlərdə 31 faiz, şəhərlərdə isə 32.2 faizdir. Ən kasıb vilayət Şirak hesab olunur. Burada yoxsulluğun səviyyəsi 46 faizdir.
Hesabata əsasən, yoxsulluğun aradan qaldırılması üçün 83.9 milyard drama, yəni təxminən 2 milyard dollara ehtiyacı var.

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info