Baş prokuror beynəlxalq qurumun sədri seçilib
Tarix: 19.11.2014 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının üçüncü sessiyasında Tailand Krallığı nümayəndəsinin bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının nöbvəti il üçün sədri seçilib. Baş prokuror göstərilən bu etimada görə hər kəsə təşəkkürünü bildirib. Tədbirdə IACA-nın Assambleyasının işinə rəhbərlik edəcəyi dövr üçün qarşıda duran vəzifələrə dair öz fikirlərini bölüşən Z.Qaralov təhsilin insan həyatında, onun şəxsiyyət kimi formalaşmasında əvəzedilməz rolunu qeyd edib: "Tədris müəssisəsi kimi Akademiyanın ənənəvi yay kurslarının təşkili sahəsində fəaliyyəti daha da inkişaf etdirilməli, iqtisadiyyat, hüquqşünaslıq, politologiya, psixologiya kimi çoxsaylı sahələrin inteqrasiyasını və cəmiyyətin bütün təbəqələrini əhatə edən antikorrupsiya tədqiqatları üzrə master kurslar keyfiyyətcə yeni məzmun daşımalıdır".
Baş prokuror Akademiyaya üzv dövlətlərin sayının artırılması istiqamətində işin prioritet vəzifələrdən olduğunu deyib. O, həmçinin bildirib ki, qabaqcıl təcrübənin öyrənilməsi və bölüşdürülməsi məqsədilə keçirilən treninqlərin coğrafiyası müxtəlif mövzular üzrə regional konfransların təşkili yolu ilə genişləndirilməlidir: "Bu baxımdan Beynəlxalq Antikorrupsiya Akademiyası və Azərbaycan Vergilər Nazirliyi arasında 2012-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası qaydasında 2015-ci ilin yay fəslində Vergilər Nazirliyinin Şamaxı rayonunda beynəlxalq tədbirlərə ev sahibliyi üçün hər cür şəraiti olan Tədris Mərkəzində korrupsiya qarşı mübarizə sahəsində aktual mövzuya həsr olunmuş regional konfransın keçirilməsini təklif edirik".
O, Akademiyanın Nizamnaməsinə müvafiq olaraq üzərinə düşən vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün tədris ocağının ianə və maliyyə mənbələrinin artırılması istiqamətində Akademiyaya maddi dəstəyin gücləndiriləcəyini bildirib. Bundan əlavə, Akademiyanın fəaliyyətini əks etdirən, həmçinin onun məzunlarının jurnalı kimi elektron nəşrlərlə yanaşı, korrupsiyanın ayrı-ayrı növləri üzrə istintaq metodikasını əks etdirən tövsiyələr və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici bələdçilərin hazırlanması tədris ocağının mühüm işi ola bilər: "Mövcud modeli beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi qeyd olunan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təcrübəli prokurorları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bu kateqoriyadan olan cinayətlərin ilkin araşdırılması və istintaq metodikasına dair tövsiyələrin hazırlanması Azərbaycan tərəfinin Assambleyaya rəhbərliyi müddətində həmkarlara töhfəsi olacaq".
Qeyd edək ki, tədbirə 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı, Korrupsiyaya qarşı Dövlətlər Qrupu, (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri iştirak edirlər.
Xatırladaq ki, Beynəlxalq Antikorrupsiya Akademiyası BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində həmin Konvensiyaya üzv olan dövlətlərin 2009-cu ilin noyabr ayında Qətərin Doha şəhərində keçirilmiş 3-cü illik konfransının qərarına əsasən yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info