Bahar Muradova: “Xarici donorların Azərbaycanda fəaliyyətinin daha da məhdudlaşdırılmasının tərəfdarıyam”
Tarix: 19.11.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmi artırılmalıdır”. Bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı parlamentin vitse-spikeri Bahar Muradova deyib. O qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edir: “Hər sahənin öz modeli olduğu kimi, vətəndaş cəmiyyətinin də Azərbaycan modeli formalaşıb. QHT-lərə Dövlət Dəstəyi Şurası bu il 20-dək beynəlxalq tədbir keçirib. Kim düşünürsə, 6 mln. manat Şura üçün yetərli vəsaitdir, amma bu o qədər də çox deyil. Dünən Azay Quliyev təklif etdi ki, vəsait 10 mln. manata qaldırılsın. Mən bilmirəm, bu vəsait nə qədər artırılmalıdır, amma onu bilirəm ki, Şuraya ayrılan maliyyə vəsaitinin artırılmasına ehtiyac var. Mən xarici donorların ölkədə fəaliyyətinin daha da məhdudlaşdırılmasının tərəfdarıyam. Amma yerli donorlardan da vəsait almaq asan olmalıdır”. Millət vəkili Yevda Avramov da QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin həcminin artırılmasının tərəfdarı olduğunu bildirib: “QHT-lərə ayrılan vəsait artırılmalıdır ki, onlar üzərlərinə düşən işləri görə bilsinlər. Buna ehtiyac var”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info