“Azərbaycanda uşaq hüquqları daim diqqətdədir”
Tarix: 19.11.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Ülviyyə Əlizadə: “Uşaqların hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi olmaq böyük məsuliyyət daşımaq deməkdir”

Son illərdə Azərbaycanda uşaq hüquqları ilə bağlı xeyli işlər görülüb. Uşaq əməyinin istismarı, uşaqların hüquqlarının tapdanması kimi hallar isə sıfra endirilib. Əlbəttə ki, bunun reallaşmasında əməli tədbirlər, təbliğat və konfranslar, təlimlər və sairin böyük rolu olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə noyabrın 17-də Bakıda Uşaqların III Ümumrespublika Forumunun keçirilməsi də bu tip tədbirlərdən sayıla bilər. Təsadüfi deyil ki, bu foruma maraq həddindən artıq çox olub və tədbirdə 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedada malik, xüsusi qayğıya ehtiyacı olan, digər millətlərdən, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar iştirak ediblər. Bundan əlavə xeyli sayda QHT nümayəndəsi və hüquq müdafiəçiləri, ziyalılar da sözügedən toplantıya qatılıblar. Tədbirdə iştirak edən xaricdə təhsil almış və hazırda Nərimanov Rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ülviyyə Əlizadə forumla bağlı təəssüratlarını bizimlə bölüşdü:

-Bildiyiniz kimi, Uşaqların III Ümumrespublika Forumu 17 noyabr 2014-cü il tarixdə Bakıda başladı. Təəssüratlarım boldur.
Ümumiyyətlə, öncə onu qeyd edim ki, 2009-cu ildə Azərbaycan uşaqlarının I Ümumrespublika Forumu, 2011-ci ildə isə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçirildi. Daha sonra isə uşaqların müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələri, mövcud problemləri və onların həlli yollarını nəzərdən keçirəcək Azərbaycan Uşaqların III Ümumrespublika Forumunun keçirilməsinə qərar verildi. Forumda uşaq hüquqlarının qorunması və təbliği istiqamətində öz problemlərini, narahat məqamları müzakirə etmək və tövsiyələr vermək imkanı yaradıldı.
-Tədbirin təşkilatçılığı və qaldırılan məsələlər sizi qane etdimi?
- Bəli, yüksək səviyyədə təşkil olunan bir forum idi. İştirakçılar yalnız Bakıdan deyil, Azərbaycanın bütün bölgələrindən, rayonlarından dəvət olunmuşdular. Hər qrup 50 nəfərdən ibarət idi. Ümumi say isə 350 nəfər idi. Qonaqlar və dövlət nümayəndələri də iştirak edirdilər. Forum iştirakçıları 7 mövzu üzrə işçi qrupa bölünmüşdülər. Foruma qədər isə onlardan müvafiq təkliflər hazırlamaqları tələb olunmuşdu.
Maraq üçün deyə bilərəm ki, işçi qruplar bu adlarla qurulmuşdu: I qrup- Vətəni sevək və ona layiq olaq
II qrup-Uşaqlar üçün bərabər hüquq və imkanlar
III qrup-Təhsildə yeni standartların tətbiqi. Uşaqlar və internet təhlükəsizliyi
IV qrup- Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi
V qrup- Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi
VI qrup- Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti
VII qrup - Qarabağ həqiqətlərini dünyaya çatdıraq.
Mövzulardan da göründüyü kimi, forum necə geniş və vacib müzakirələri əhatə edirdi, toxunurdu.
-Tədbirdə diqqətinizi çəkən hansı məsələlərə toxunuldu?
-Bir şeyi qeyd edim ki, belə tədbirlərin nəinki uşaq hüquqları və s. ilə bağlı böyük əhəmiyyəti olur, ümumiyyətlə, ölkəmiz, cəmiyyətimiz üçün önəmi çoxdur. Forum zamanı insan hüquqlarının öyrədilməsi, onların şəxsiyyət və ləyaqətinə hörmət edilməsi, istək və arzularına diqqət göstərilməsi, öz qüvvələrinə, bilik və bacarıqlarına, təbii imkanlarına, gələcəkdə cəmiyyət üçün yararlı olmalarına inam yaradılması, müstəqillik, prinsipiallıq və qətiyyətlilik kimi xüsusiyyətlərin formalaşmasına etibarlı zəmin yaradılması, dinləmək, əməkdaşlıq etmək, ünsiyyət yaratmaq, hüquqları qorumaq bacarıqlarını təkmilləşdirmək, münaqişələri həll etmək, kompromis variantlar axtarıb tapmaq bacarıqlarının aşılanması, fikirlərini əsaslandırmaq üçün imkan yaradılması, bütün fikirlərə hörmət və diqqətlə yanaşılması iştirakçıların nəzərinə çatdırılıb.
-Siz həm də çox vacib və maraqlı bir sahədə çalışırsınız. Bu iş önəmi sizin üçün nə deməkdir?
- Doğrudan da qeyd etdiyiniz kimi, bu vəzifə, işim çox vacib və aktual sahədir. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi olmaq üzərində böyük məsuliyyət daşımaq deməkdir. Artıq 1 ildir ki, bu vəzifədə işləyirəm. Çalışdığım sahənin uşaqlarla bağlı olması bu işin önəmini mənim üçün daha da artırır. Forumda Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi iştirak etdim.
İlk dəfədir ki dövlət orqanının nümayəndəsi(işçisi) kimi iştirak etdim. Bundan qabaq tələbə kimi həm respublikamızda, həm də xaricdə keçirilən forumların iştirakçısı olmuşam və bu cür tədbirlərin şəxsiyyət kimi formalaşmağımızda böyük rolu olur.
Onu da qeyd edim ki, rayonumuz beş nəfər tərəfindən layiqincə təmsil olundu. Bildirmək istəyirəm ki, forum BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 illiyinə təsadüf edirdi, bu da Vətənimizdə uşaq hüquqlarının önəmini və ona olan diqqəti bir daha sübut edir.
-Bəs ümumilikdə ölkədəki uşaqlarla bağlı durumu necə xarakterizə edərdiniz?
-Hazırda Azərbaycanda uşaqlarla bağlı durum, uşaq hüquqları lazımınca diqqət mərkəzində saxlanılır. Əslində ölkəmizdə uşaq hüquqları daim diqqət mərkəzində olub. Cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı həmişə nəinki uşaqların, gənclərin və məktəblilərin də üzərindədir. Keçirilən Uşaqların III Ümumrespublika Forum bunun bir nümunəsidir. Bundan başqa məktəblərdə təmir işlərinin artırılması yeni məktəblərin tikintisi də buna misal ola bilər.
2010-cu ildən bəri hər il uşaq hüquqları aylığı keçirilir. Məktəblərdə, liseylərdə uşaq hüquqlarına dair maarifləndirici treninqlər, dəyirmi masalar, debatlar keçirilir. “İnsan hüquqları”, “İnsan hüquqları nədir”, “İdeologiya və insan hüquqları”, “Uşaq və insan hüquqları”, “Hüquqlarımızı necə qoruya bilərik?” mövzularına həsr olunmuş dərs saatları keçirilir. Uşaq hüquqları aylığı çərçivəsində keçirilmiş tədbirlər uşaqların cəmiyyətdə bir şəxs kimi formalaşmasına, dünyagörüşlərinin genişlənməsinə köməklik göstərir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info