Binəqədidə YAP-ın 22 illiyi qeyd edilib
Tarix: 19.11.2014 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə YAP Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi təntənəli şəkildə qeyd edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, millət vəkilləri Rafael Cəbrayılov, Madər Musayev, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, Baki Peadqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Binəqədi rayonun Heydər Əliyev adına parkda ümumilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hər kəsi Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci illiyi münasibətilə təbrik edib. Sədr Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O tarixə qısa ekskurs edərək partiyanın yaranması tarixindən danışıb, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətinə olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxartdığını, xalqın ziyalılarının müraciəti ilə 1992-c il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirib. O ümummilli liderin əsasının qoyduğu siyasi kursun, 1994-cü ildən aparılan uğurlu neft strageyiasının bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini və Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin məhz Azərbaycanın payına düşdüyünü qeyd edib. Sədr hazırda partiyanın sıralarında altı yüz mindən çox üzvün birləşdiyini, partiyanın Binəqədi rayon Təşkilatının on dörd mindən çox üzvünün olduğunu və Binəqədi rayon Təşkilatının inzibati binasının Prezident İlham Əliyev tərəfindən ötən il hədiyyə edildiyini qeyd edib, partiya üzvləri adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Binəqədi rayonunda görülən abadlıq quruculuq işlərindən danışan Ramiz Göyüşov rayonun davamlı inkişaf etdiyini və Rayon İcra Hakimiyyət başçısı Xaləddin İsgəndərovun daima Rayon Partiya Təşkilatına dəstəyini vurğulayıb və öz təşəkkürünü ifadə edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov əlamətdar gün münasibətilə hər kəsi təbrik edib, partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının Səs qəzetində ümumilli liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirib. Eldar İbrahimov 1990-cı ilin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbr kasasının daşmasına səbəb olduğunu, xaqlın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycani xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu bildirib. O əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün respublikanın sürətlə inkişaf etdiyini, Bakının bir hissəsi olan Binəqədi rayonunda böyük quruculuq, abalıq işlərinin aparıldığını və rayonun davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.
Çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, Azərbaycanın həyatında mühüm rol oynadığını, bu gün bu şərəfin və qürurun hər kəs tərəfindən yaşandığını qeyd edib. Aygün Əliyeva YAP-ın təkcə partiya üzvlərinin deyil, həm də qəlbi hər zaman vətənə sədaqət, sevgi ilə dolu olan hər kəsin partiyası olduğunu bildirib. Natiq Yeni Azərbaycan Partiyasının Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi stabillik yaratdığını, Azərbaycanı çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd edib. Aygün Əliyeva ulu öndər Heydər Əliyevin partiyanı yaradan zaman Azərbaycançılıq, dövlətçilik və yaradıcı təkamül kimi prinsipləri əsas götürdüyünü, bu prinsiplərin daim yaşadığını, hazırda partiyaya gənclərin böyük axın etdiyini və bu halın partiyanın inkişafından xəbər verdiyini bildirib. Aygün Əliyeva Binəqədi rayonunda gənclərin daim diqqət mərkəzində olduğunu, ən müxtəlif vəzifələrdə irəli çəkildiyini qeyd edərək bu işə rəhbrlik edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkürünü ifadə edib.
Sonra çıxış edən Binəqədi rayonu 126 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Xeyransa Alıyeva Yeni Azərbaycan Pariyasının gənclərin həyatında, onların inkişafındakı rolundan danışıb. O gənclərə göstərilən diqqət və qayğını qeyd edərək ölkəmizdə həyata keçirilən Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıb. O gənclərin fikri və təkliflərinə daim müsbət yanaşılmasının gənclərin inkişafında mühüm rol oynadığını qeyd edib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibətilə qonaqları təbrik edib və Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. Ümummilli liderin öz xalqını, dövlətini fədarakarcasına sevdiyini, xalqının yolunda bütün çətinliklərdən keçdiyini, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlədə əsil vətən, dövlət sevgisi göstərdiyini qeyd edib. O ulu öndərin hər zaman öz xalqının yanında olduğunu, bu gün onun ideyalarının yaşadığını vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdiyini qeyd edib, hər kəsin cənab Prezident İlham Əliyev ətrafında birləşməsinin vacibliyini, Cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün çalışdığını və bu fəaliyyətin hər kəsə nümunə olduğunu bildirib.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına Fəxri Fərmanlar ,Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə isə onların partiya biletləri təqdim edilib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info