“Neftçi” mövqeyini qorumaq üçün Zaqatalada qalib gəlməlidir
Tarix: 19.11.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Bu gün Topaz Premyer Liqasında XII turun oyunları keçiriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dünən bitməli olsa da, “Araz-Naxçıvan”ın dağılmasından sonra baş tutacaq qarşılaşmaların hamısı bu günə təsadüf edəcək.
İştirakçıların sayının 9-a enməsindən sonrakı ilk turda keçiriləcək 4 oyundan üçü paytaxtda baş tutacaq. Turun ilk oyunu son çempion “Qarabağ”ın iştirakı ilə olacaq. Ağdamlılar I dövrədə gözlənilmədən xal itirdiyi “Bakı”nı sınağa çəkəcək. Ağdamlılar autsayderə qalib gəlməklə əldən verdiyi liderliyi qaytarmağa çalışacaq. “Bakı” isə qalib gəlsə, 3 pilləyədək irəliləməsi mümkündü. Qəbələdəki ilk oyunda eyniadlı komandaya qalib gələn AZAL əyalət təmsilçisini qəbul edəcək. 3 xal sayəsində rəqibinə çatmaq imkanı olan “təyyarəçilər” son sıralardan uzaqlaşmaq niyyətindədi. “Qəbələ” isə hesabından 6 xal silinəndən sonra uzaqlaşdığı liderlər qrupuna çatmaq üçün Bakıya qələbə dalınca gəlib. Naxçıvan klubunun dağılması sayəsində zirvəyə yüksələn “Neftçi” mövqeyini qorumaq üçün Zaqatalada qalib gəlməlidir. Bakılılar cari mövsüm sabit çıxış etməyən “Simurq”un qonağı olacaq. “Ağ-qaralar” xal itirsə, “Qarabağ” liderliyi geri qaytara bilər. Tura mərkəzi oyunla yekun vurulacaq. Turnir cədvəlindəki qonşular - “İnter”lə “Xəzər- Lənkəran” Bakıda üz-üzə gələcək. Ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi mövsümdəki yeganə məğlubiyyətinin qisasını almaq üçün, qonaqlar isə mövqeyini daha da yaxşılaşdırmaq üçün qələbəyə köklənib. Liderlərlə müqayisədə 1 matç çox keçirən cütlüyün oyununda xalsız qalan tərəf isə mövqeyini xeyli əldən vermiş olacaq. Qeyd edək ki, XII turda “Araz-Naxçıvan”la qarşılaşmalı olan “Sumqayıt” istirahət edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info