“Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür”
Tarix: 19.11.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin Yunanıstandakı fəaliyyəti ilə bağlı perspektivlərini açıqlayıb. R. Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin mühüm elementi enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq, Azərbaycandan Yunanıstana təbii qaz tədarükü və beynəlxalq enerji layihələrində hər iki tərəf üçün faydalı olan əməkdaşlıqdır:
“Biz Yunanıstanı dəyərli tərəfdaş və mühüm bazar hesab edirik. İnanırıq ki, tərəfdaşlığımız Yunanıstana Cənubi Avropada geosiyasi mövqeyini daha da möhkəmlətməyə və Şərqdən Qərbə təbii qazın nəqli üçün alternativ enerji dəhlizinin yaradılmasında mühüm rol oynamağa imkan verəcək. Düşünürük ki, Yunanıstan regional qaz qovşağı və regionda təbii qaz sahəsində əsas oyunçu olmaq imkanına malikdir”. Rövnəq Abdullayev onu da qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür, hər iki tərəf müvafiq enerji bazarlarının inteqrasiyasından bəhrələnə, bununla da enerji təhlükəsizliklərini gücləndirə bilər. ARDNŞ prezidenti bildirib ki, tarixi perspektivdən baxanda, Azərbaycan həmişə özünü qlobal enerji təchizatı mərkəzi olmağa hazırlayıb və hazırlayır. R. Avdullayev bir daha qeyd edib ki, ARDNŞ Avropanın etibarlı enerji tərəfdaşıdır: “Biz həqiqətən də inanırıq ki, enerji təchizatı diversifikasiyası bu gün Avropa İttifaqının enerji siyasətində ən önəmli məsələlərdən biridir və ARDNŞ avropalı tərəfdaşlarını dəstəkləyir”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info