“Artıq Azərbaycanda radikal dini qrupların təbliğatına uyanlar azdır”
Tarix: 20.11.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


“Azərbaycanda radikal yönümlü dini qruplara qarşı mübarizə inzibati, ideoloji təbliğat və maarifçilik vasitəsi ilə aparılır”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri bildirib ki, əsas məqsəd dini radikal qruplaşmaların zərərli fikirlərini gənclər, əhali arasında yaymamasıdır: “Bütövlükdə nəticə ondan ibarətdir ki, artıq Azərbaycanda radikal dini qrupların təbliğatına uyanlar azdır, apardıqları təbliğat istənilən nəticəni vermir. Bizim, o cümlədən hüquq-mühafizə orqanlarının, yerlərdə icra hakimiyyətlərinin nəzdində yaradılmış dini komissiyaların apardıqları işlər bütövlükdə xeyli dəyişiklik yaradıb. Bölgələrdəki şöbələrimizdən aldığımız məlumatlara görə, dini radikal qrupların üzvləri də bu yoldan çəkilir, sayları tədricən azalır. O cümlədən Suriya, İraq və digər yerlərdə dini məsələyə aid olmayan, geopolitik baxımdan hansısa maraqları ifadə edən müharibələrə getmək istəyənlər də demək olar ki, yox dərəcəsinə enməkdədir. O yerlərə gedən, peşman olaraq qayıtmaq istəyənlər də var. Bir daha bəyan edirəm ki, müqayisə aparılsa, digərlərinə baxanda azərbaycanlıların bu tip hərbi əməliyyatlarda iştirakı çox aşağı səviyyədədir, belələrinin sayı çox azdır. Bizim apardığımız işlər öz nəticəsini verir”.

M. Qurbanlı qeyd edib ki, ölkədə sosial-iqtisadi yüksəliş, ideoloji baxımdan azərbaycançılıq ideyasının geniş şəkildə özünə yer tapması, orta və ali məktəblərdə aparılan işlər, o cümlədən Beynəlxalq Multikultiralizm və Bilik Fondunun, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin və digər şöbələrinin apardıqları işlər kompleks şəkildə radikal dini qrupların “fəaliyyət”ini heçə endirir və bundan sonra da endirəcək: “Din pərdəsi altında kimsə siyasi məqsədlərinə çatmaq, kimlərsə özlərinin iqtisadi, merkantil maraqlarını ifadə etmək, kimlərsə bütövlükdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik hərəkətlər etmək istəsə, onların qarşısı bütün vasitələrlə alınacaq, alınmalıdır. Burada başqa bir variant, fikir yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info