Bu gün Qarakənd faciəsinin 23-cü ildönümüdür
Tarix: 20.11.2014 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus “Mi-8” helikopterinin ermənilər tərəfindən vurulmasının 23-cü ildönümü tamam olur. Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Həmin gün “Mi-8” hərbi helikopterində həlak olan şəxsləri xatırlayaq:
- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü
Allah rəhmət eləsin!
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info