II Elizabet Azərbaycan-Britaniya tərəfdaşlığının inkişaf edəcəyinə əmindir
Tarix: 20.11.2014 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə etimadnaməsini Kraliça II Elizabetə təqdim edib.
Azərbaycanın Britaniyadakı səfirliyindən verilən məlumata görə, Bukingem sarayında keçirilmiş təqdimat mərasimində T.Tağızadə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Kraliça II Elizabetə çatdırıb və Azərbaycanın Böyük Britaniyada səfiri olmasından şərəf duyduğunu bildirib. Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan səfir yeni vəzifəsində iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışacağını bildirib. II Elizabet, öz növbəsində, T.Tağızadəyə fəaliyyətində uğurlar arzulayıb. Kraliça Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, özünün salamlarının və xoş arzularının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edib.
Kraliça ölkələrimiz arasında sağlam təməl üzərində formalaşmış dinamik tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini qeyd edib.
Etimadnamənin təqdim olunmasından sonra bu münasibətlə səfirlikdə ziyafət verilib. Ziyafətdə bir sıra xarici ölkələrin Londondakı səfirləri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, diplomatik korpusun nümayəndələri və marşalları və duayeni, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi və ictimai xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edən diplomatik korpusun marşalı Alister Harrison Azərbaycanın Britaniyadakı yeni səfirinə işlərində uğurlar arzulayıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
T.Tağızadə mötəbər günün əhəmiyyətindən bəhs edərək, iki ölkənin etibarlı tərəfdaş olduqlarını vurğulayıb. Azərbaycanın Britaniya ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirən səfir ikitərəfli əməkdaşlıq üçün enerji kimi ənənəvi sahələrlə yanaşı, təhsil, səhiyyə, maliyyə-bank, turizm, informasiya texnologiyaları kimi yeni sahələrdə də geniş potensialın olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səy göstərəcəyini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info