İndoneziya məktəblərində “Azərbaycan Günü” qeyd olunur
Tarix: 20.11.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Hər il "High-Scope" məktəbəqədərki beynəlxalq tədris müəssisəsində keçirilən beynəlxalq günlərdə bu il "Azərbaycan Günü" də ilk dəfə yer alıb. İndoneziya Respublikasında beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistr təhsilini davam etdirən tələbəmiz Elmar İskəndərovun verdiyi xəbərə görə, uşaqlar Azərbaycan dilində danışmağı, saymağı, özlərini təqdim etməyi öyrənirlər. Bir həftə davam edəcək beynəlxalq günlərdə Amerika, Çin, Koreya, Yaponiya, Fransa ilə yanaşı “Azərbaycan Günü” də qeyd olunacaq: “İndoneziya məktəblərində və universitetlərində hər il keçirilən beynəlxalq günlərdə və mədəniyyət gecələrində Azərbaycanı daim təmsil etməyə çalışırıq. Nəzərə alsaq ki, Azərbaycan İndoneziyada yeni-yeni tanınmağa başlayır, bu kimi tədbirlərin tez-tez keçirilməsi vacibdir. Burada məqsəd istər məktəblilərə, istərsə də tələbələrə, həmçinin də ümumilikdə İndoneziyada gənc nəslə Azərbaycan haqqında biliklər və sevgi aşılamaqdır. Qeyd edək ki, bu kimi beynəlxalq tədbirlərdə adətən yerli televiziya kanalları da iştirak edib reportaj hazırlayırlar. Qarşıda duran vəzifələrdən biri isə İndoneziyanın bir neçə aparıcı universitetlərinin kitabxanalarına Azərbaycan həqiqətləri haqqında, mövcud siyasi durum, iqtisadi inkişaf, Dağlıq Qarabağın işğalı haqqında kitabların təqdim edilərək yerləşdirilməsidir. Qeyd olunan kitabları Cakartadakı səfirliyimiz vasitəsilə əldə etmişik, universitetlərlə danışıqlar aparıram tezliklə istəyimizə nail olacağıq”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info