Qarabağ müharibəsi əlillərinin sosial təminatına dair elektron məlumat bazası yaradılıb
Tarix: 20.11.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar və onların sosial təminatı vəziyyətinə dair elektron məlumat bazası yaradılaraq, nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsinə yerləşdirilib. Məlumat bazasında Qarabağ müharibəsi əlillərinin hər biri ilə bağlı fərdi məlumatlar (əlillik qrupları, o cümlədən dövlət hesabına mənzil, minik avtomobili ilə təmin olunma vəziyyəti, yaxud bu təminat növləri ilə təmin edilmək üçün növbədə olub-olmamasına dair qeydlər və s.) əksini tapıb.
Elektron məlumat bazasının yaradılmasında əsas məqsəd ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşların sosial vəziyyəti ilə bağlı informasiyaları düzgün pasportlaşdırmaq və onların sosial ehtiyaclarını müəyyən edərək aradan qaldırmaqdır. Belə ki, sistemləşdirilmiş informasiyalar əsasında həmin şəxslərin hər birinin mövcud rifah halı nəzərdən keçirilməklə, fərdi yanaşma üzrə onların konkret ehtiyaclarına uyğun olaraq sosial müdafiələrinin gücləndirilməsi, o cümlədən lazım gəldikdə sosial yardımlar vasitəsilə ailələrinin maddi təminatlarının artırılması üçün məqsədyönlü tədbirlər görüləcək. Bu, eyni zamanda, nazirliyə və onun yerli strukturlarına hər hansı təminat növü ilə təmin olunmaq üçün müraciət edən Qarabağ müharibəsi əlilləri ilə bağlı aidiyyəti məlumatların operativ şəkildə əldə edilərək, qısa vaxt ərzində müvafiq tədbirlərin görülməsinə şərait yaradacaq. Bundan başqa, son vaxtlar bir sıra mətbuat orqanlarında ümumi səbəbdən əlil olan vətəndaşların özlərini cəmiyyətə Qarabağ müharibəsi əlili kimi təqdim etməsi kimi xoşagəlməz hallara rast gəlinməkdədir. Yaradılan məlumat bazası bu kimi halların qarşısının alınmasında da mühüm rol oynayacaq və belə şəxslərin həqiqətən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olub-olmamasını dərhal müəyyənləşdirməyə imkan verəcək.


İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info