Qafqaz Universitetində “Nuri Paşa və silahdaşları” kitabının təqdimatı keçirildi
Tarix: 20.11.2014 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində müəllif i tarix elmləri doktoru, professor Mehman Süleymanov olan “Nuri Paşa və silahdaşları” kitabının təqdimat mərasimi keçirildi. Müəllifin kitabı elmi nümayəndələr tərəfindən müzakirə edilərək, nəşrin, Azərbaycan tarixi, Azərbaycan-Türkiyə münasibətlərinin öyrənilməsində faydalı olacağına ümid etdiklərini bildirdilər. Kitabın, naşirlərindən olan filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Mehmet Rıhtım kitabla bağlı fikirlərini bildirdi: “Qafqaz Araşdırmaları İnstitutu yaradıldığı zaman qarşıya qoyulan ilk hədəflərdən biri də Qafqaz ordusu haqqında kitabın nəşrinə nail olmaq idi. Daha sonralar Mehman müəllimlə tanış oldum və gördüm ki, bu mövzuya çox həssaslıqla yanaşır. Qərar verdik ki, bu mövzu üzərində geniş bir şəkildə işləyək və bu gün bu kitabı əlimə alanda düşünürəm ki, bütün bu işlər nəticəsiz qalmayıb”.
Kitabin naşirlərindən olan filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva da kitabla bağlı çıxış edərək, onun Azərbaycan tarixindəki yerindən bəhs etdi: “Qeyd etmək istərdim ki, bu kitab müəllif Mehman Süleymanov tərəfindən daha öncə də “Nuri Paşa” adı ilə nəşr edilib. Hal hazırda əlimizdə olan kitabda isə onun silahdaşlarına da geniş şəkildə yer ayırılmışdır və əvvəlki kitabın üç qatını təşkil edir. Hesab edirəm ki, kitab gənc nəsil tərəfindən layiqli şəkildə dəyərləndirilərək istifadə ediləcəkdir. Hətta mən təklif edərdim ki, bu kitab dərslik kimi tədris olunaraq ictimaiyyətə yayılsın. Çünki, Nuri Paşa və onun silahdaşlarının Azərbaycan torpaqlarının qorunmasındakı xidmətləri danılmazdır”.
Tədbirdə iştirak edən tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohidi Qafqaz İslam Ordusunun tarixi haqqında qısa məlumat verərək kitab haqqında təssüratlarını dilə gətirdi: “Nuri Paşanın Azərbaycan tarixindəki xidmətləri danılmazdır. II Dünya müharibəsi illərində onun Sovet hakimiyyəti altında olan türk xalqlarının, o cümlədən Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizəni ən yüksək səviyyədə insanlara çatdırmalıyıq”.
Tarix elmləri doktoru, professor Firdövsiyyə Əhmədova da çıxışı zamanı Qafqaz Araşdırmalar İnstituna və müəllifə belə mühüm bir hadisəni nəzərə aldıqları üçün minnətdarlığını bildirdi: “Kitabda Nuri Paşanın göstərdiyi qəhrəmanlıqlar çox incəliklərlə təqdim olunub, ancaq bir şeyi də xüsusi vurğulamaq istərdim ki, burada Nuri Paşanın silahdaşları da ayrı ayrılıqda bir qəhrəmanlıq nümunəsidir”.
Qeyd edək ki, Mehman Süleymanov daha öncələr də “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Qafqaz İslam Ordusu Bakı yollarında” və sair adlı kitabların müəllifi olub.

Qorqud















 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info