BANM-də tələbələrlə görüş keçirilib
Tarix: 20.11.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib və onları yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb. Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov qonağı salamlayıb və Ali məktəbdə görməkdən məmnunluq ifadə edib. Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, yeni NQNK inşasının ARDNŞ-in fəaliyyətində növbəti böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edən Elmar Qasımov, bu dəyərli görüşün keçirilməsində əsas məqsəd BANM-in tələbələrini, Azərbaycanın bugünkü gəncliyini ARDNŞ-nın gündən günə inkişaf edən fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış etmək, onların ARDNŞ-in müasir standartlara cavab verən yeni layihələrində mütəxəssis kimi iştirak etmələrinə, bu istiqamətdə üzərilərinə düşən əsas öhdəlikləri dərk etmələrinin, elmi və təcrübə biliklərinin dərinləşməsi üçün zəruri addımların atılmasının və Azərbaycanın neft-qaz və neft-kimya sahəsində olan ingilisdilli yüksəkixtissaslı mütəxəssis tələbatının ödənilməsinin vacibliyini vurğulayıb.
Daha sonra vitse-prezident Tofiq Qəhrəmanov rəhbərlik etdiyi NQNK layihəsinə dair təqdimatla çıxış edərək, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkədə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırıb. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını, bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlayacağını qeyd edən vitse-prezident, bunlarla yanaşı, müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacağını, yeni iş yerlərinin açılacağını və əhalinin məşğulluq strukturunu keyfiyyətcə yaxşılaşacağını iştirakçıların nəzərinə çatdırıb.
Xüsusilə də bu layihənin icrasında ingilisdilli və müasir bilikli gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini vurğulayan T.Qəhrəmanov, BANM rəhbərliyi ilə bu istiqamətdə əməkdaşlıq etməsinə, ən bacarıqlı tələbələrin Neft-qaz emalı və Neft-kimya Kompleksi layihəsində təcrübə keçmələrinə marağlı olduğunu bildirib və gəlcəkdə məhz BANM-in məzunlarının ARDNŞ-nin müasir kadr tələbatının yüksək səviyyədə ödəyəcəyinə əminlik ifadə edib.
Təqdimatdan sonra vitse-prezident və layihə rəhbəri T.Qəhrəmanov tələbələrin çoxsaylı suallarını cavablandırıb və onların gələcək peşəkar həyatlarında uğurlar arzulayıb.
Tədbirin sonunda BANM-in rektoru E.Qasımov ARDNŞ-nın vitse-prezidenti T.Qəhrəmanovu dəvəti qəbul etdiyinə və tələbələri layihə haqqında dolğun məlumatlandırdığına görə təşəkkürünü bildirib.
Sonda T.Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomu təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info