“Türkmənistan Azərbaycanla tərəfdaşlığını bütün istiqamətlərdə fəallaşdırmaq niyyətindədir”
Tarix: 20.11.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Türkmənistan sarsılmaz dostluq və mehriban qonşuluq əlaqələrinə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərə, bərabərhüquqlu qarşılıqlı sərfəli əməkdaşlıq prinsiplərinə sadiq qalaraq bundan sonra da Türkmənistan-Azərbaycan tərəfdaşlığını bütün istiqamətlərdə dəyişməz olaraq fəallaşdırmaq niyyətindədir. Bu barədə Prezident Qurbanqulu Berdıməhəmmədov “Türkmənistan neft və qazı - 2014” konfransında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Avdullayevlə görüşü zamanı bildirib. Məlumatı “Türkmən dövlət xəbərləri” (TDX) dövlət xəbər xidməti yayıb.
Məlumatda deyilir ki, R.Abdullayev ölkənin ali rəhbərinin təbrikini və xoş arzularını Türkmənistan rəhbərinə çatdırıb: "Qonaq qeyd edib ki, Türkmənistan dövlətinin xarici siyasətinin açıqlığı, bütün sahələrdə, həmçinin neft-qaz sahəsində yaradılmış əlverişli investisiya mühiti məhsuldar əlaqələrin yaradılması üçün etibarlı platforma təşkil edir".
Prezident Qurbanqulu Berdiməhəmmədov cavab olaraq Azərbaycanın ali rəhbərliyinə və xalqına ən xoş arzularını çatdırıb.
Görüş zamanı bildirilib ki, Türkmənistanın yanacaq-enerji kompleksinin ixracat potensialının indiki görünməmiş artımı dövründə bu istiqamətdə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçüncü minilliyin dünya birliyi qarşısında duran qlobal hədəflərinin yerinə yetirilməsinə xidmət edəcək: “Bu kontekstdə Türkmənistan dövləti milli iqtisadiyyatın inkişafı üçün və ümumi maraqlar naminə nəhəng karbohidrogen resurslarından maksimal istifadəyə çalışır".
Görüşdə ARDNŞ prezidenti Türkmənistanın BMT-nin himayəsi altında beynəlxalq ekspert qrupunun yaradılmasına dair təklifini yüksək qiymətləndirib. Bu qrupun fəaliyyətinin əsas məqsədi dünya bazarlarına enerjidaşıyıcıların etibarlı və sabit şəkildə çatdırılmasının təminatına istiqamətlənmiş yeni beynəlxalq hüquqi mexanizmin hazırlanması olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info