Ərdoğanla Putin “Akkuyu” AES-i müzakirə edəcəklər
Tarix: 20.11.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Rusiyanın dövlət başçısı Vladimir Putinin Türkiyəyə səfəri zamanı iki ölkə arasında iqtisadi və siyasi məsələlər müzakirə olunacaq. Bu barədə Türkiyənin "Star" qəzeti məlumat yayıb. Rusiya Prezidentinin Türkiyəyə səfəri bu il dekabr ayının 1-nə planlaşdırılıb. Səfər zamanı müzakirələrin mühüm mövzularından biri Türkiyədə “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisi olacaq.
Bundan başqa, regional problemlərin müzakirə olunacağı da gözlənilir. Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyənin Mersin vilayətindəki “Akkuyu” ilk atom elektrik stansiyasının (AES) tikintisini həyata keçirəcək Rusiyanın "Atomstroyeksport" şirkəti AES-in tikintisi üçün Türkiyə şirkətləri arasında tərəfdaş axtarır.
"Atomstroyeksport" Türkiyə şirkətlərinə layihədə 49 faizlik pay verməyə hazırdır. Həmçinin, Türkiyə şirkətlərinə AES-in infrastrukturunun yaradılması işləri həvalə edilə bilər.
Layihə çərçivəsində tikinti işlərinə iki ildən sonra başlanması planlaşdırılır. Hazırda AES-in ətraf mühitə mümkün təsirinin müəyyən edilməsi işləri aparılır.
AES-in birinci bloku artıq 2019-cu ildə istismara veriləcək və elə həmin il stansiya işə salınacaq.
Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.
Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi
26.06.2019
Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info