Pakistan Azərbaycanla münasibətlərə böyük önəm verir
Tarix: 20.11.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən qəbul edilib. Pakistan Prezidentinin rəsmi saytında yer alan məlumata görə, görüşdə Pakistanın Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verdiyini bildirən M. Hüseyn iki ölkə arasında müdafiə, iqtisadiyyat və ticarət əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Prezident Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana davamlı dəstək göstərəcəyini vurğulayıb. O, həmçinin Kəşmir məsələsində BMT-nin qətnamələri və kəşmirlilərin istəklərinə uyğun olaraq məsələnin sülh yolu ilə həlli istiqamətində Pakistan mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.
M. Hüseyn Pakistanın Silahlı Qüvvələrinin Təlim Təşkilatlarında Azərbaycan hərbçilərinə təmənnasız və keyfiyyətli təlimlərin keçirilməsi barədə əldə olunmuş razılaşmanı təqdir edib.
O, Prezident İlham Əliyevdən Pakistanın TRACECA-ya üzvlüyü üçün Azərbaycanın dəstəyini istədiyini bildirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüş üçün Pakistan dövlət başçısına minnətdarlığını bildirib. Nazir iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov da təmsil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”
19.04.2019
Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info