XİN: “Ermənilər sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslərin fiziki məhvini həyata keçiriblər”
Tarix: 20.11.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev içərisində Azərbaycan siyasi elitasının olduğu vertolyotun ermənilər tərəfindən vurulmasının 23-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, 1991-ci ilin 20 noyabr tarixində Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmiləri, millət vəkilləri və jurnalistlərin olduğu helikopter vurulub. Helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olub.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən edilib. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də Ermənistanın Azərbaycana qarşı terror əməlləri davam etdirilib, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilib, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilib.
H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən 1991-ci ilin 20 noyabr tarixində Qarakənd faciəsinin törədilməsi nəticəsində sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilib və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməyib: “Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir. Bu, ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gündə münaqişənin sülh yolu həlli ilə əlaqədar hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirilir”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info