Səfir: “Çexiya hökumətinin QHT-lərin fəaliyyəti ilə əlaqəsi yoxdur”
Tarix: 20.11.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


QHT-lərin fəaliyyəti Çexiyanın dövlət orqanlarının nəzarəti altında deyil və ölkənin rəsmi mövqeyini əks etdirmir. Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Batumidə Azərbaycan və Çexiyanın vətəndaş cəmiyyətləri nümayəndələri arasında baş vermiş insidenti şərh edərkən deyib. Batumidə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində vətəndaş cəmiyyəti forumundakı görüşdə Çexiya və Azərbaycanın nümayəndə heyətləri arasında insident baş verib. Çexlərin Azərbaycanda insan haqlarının pozulmasına dair plakat qaldırmaları Azərbaycan nümayəndə heyətinin hiddətinə səbəb olub. İnsident görüşün təşkilatçıları tərəfindən aradan qaldırılıb. Səfirin sözlərinə görə, Çexiya hökumətinin həqiqətən də QHT-lərin fəaliyyəti ilə əlaqəsi yoxdur. F.Şəfiyev bildirib ki, iki ölkə arasında münasibətlərdə hazırda artım müşahidə olunur. Batumidə keçirilən illik forumda “Şərq Tərəfdaşlığı” ölkələrinin - Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Ukraynanın nümayəndələri, eləcə də Aİ ölkələrinin QHT-ləri iştirak edirlər. İştirakçılar Avrointeqrasiya və Aİ-nin şərq qonşuluğunda təhlükəsizlik məsələlərini müzakirə edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info