ABŞ-da Azərbaycanla bağlı tədbir keçirilib
Tarix: 20.11.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


2014-cü il noyabr ayının 17-də ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Minnesota Twin Sity Universitetində Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, digər təhsil müəssisələrinin tələbələri və soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə Universitetin İqtisadiyyat fakültəsinin tələbəsi İsmayıl Hüseynov açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb. Universitetin Geologiya fakültəsində təhsil alan, ARDNŞ təqaüdçüsü Samir Kərimov Azərbaycanın iqtisadi inkişafı barədə geniş məlumat verib. Universitetin Kimya mühəndisliyi fakültəsinin tələbəsi, ARDNŞ təqaüdçüsü Aslan Mansurovun dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasındakı rolundan bəhs edən çıxışı böyük maraqla qarşılanıb.
Carlson Biznes Məktəbinin tələbəsi Orxan Mərdanov Azərbaycan-Amerika əlaqələrindən söhbət açıb. Tədbirdə milli musiqimiz ifa olunmuş, milli rəqslərimiz nümayiş etdirilib.
Universitetdə Azərbaycanla bağlı stend təşkil edilmiş və qonaqlara ətraflı məlumat verilib. Stend çox maraqla qarşılanıb.
Tədbir böyük uğurla keçmiş və Azərbaycan-Amerika əlaqələrinin möhkəmliyi və sabitliyi bir daha vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info