AYİB: “Azərbaycan Qafqazda İKT-nin keyfiyyətinin yaxşılaşmasına xidmət edir”
Tarix: 20.11.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində həyata keçirilən layihələr Qafqazda telekommunikasiyanın keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) keçid prosesi haqqında hesabatında (Transition Report 2014) deyilir.
Hesabata əsasən, Azərbaycanda 2010-cu ilədək əsasən infrastrukturun yaxşılaşdırılmasına diqqət ayrılıb, nəticədə kommunikasiya şəbəkələri tam rəqəmli formata keçirilib və xarici internet kanallarının buraxılış qabiliyyəti artırılıb. Telekommunikasiya bazarının liberallaşdırılması özəl sektor üçün imkanlar açıb ki, bu da öz növbəsində, internetə limitsiz genişzolaqlı çıxış tariflərini azaldıb.
Sənəddə bildirilir ki, Azərbaycanda son illər İKT sahəsində bir sıra təşəbbüslər həyata keçirilib: “2011-ci ildə 40 dövlət qurumunun xidmətlərinin təqdim edildiyi (2013-cü il üçün olan vəziyyətə görə) “Elektron hökumət” portalı işə salınıb. 2009-2011-ci illərdə İKT sektoruna yatırılmış dövlət və özəl investisiyaların həcmi iki dəfədən çox artırılıb". Hesabatda o da deyilir ki, bu ilin iyul ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yüksək texnologiyalar, elektron ödəniş proqramları, aeronaviqasiya sistemləri və “e-hökumət” sahələrini əhatə edən 31 "startup"a qrantlar təqdim edib: "2013-cü ildə Azərbaycanda İnformasiya Texnologiyaları Universiteti yaradılıb, eləcə də Azərbaycanın ilk "Azerspace-1" telekommunikasiya peyki orbitə buraxılıb. Bütün bunlar Qafqazda telekommunikasiyanın keyfiyyətinin yaxşılaşmasına və Azərbaycanın kosmik sənayesinin inkişafına xidmət edir. Son 10 ildə Azərbaycanda İKT sektorunun illik inkişaf tempi 25-30 faiz olub. Bunun sayəsində bu sahəyə neft sənayesindən sonra ən çox xarici investisiya yatırılır".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info