M.Y.Lermontov: “Sevdim Azərbaycanı!”
Tarix: 20.11.2014 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində görkəmli rus şairi M.Y.Lermantovun anadan olmasının 200 illiyinə həsr olunmuş “Sevdim Azərbaycanı” adlı elmi praktik konfrans keçirilib. Konfrans universitetin Rus dili və ədəbiyyatı kafedrası ilə Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedraları arasında onlayn şəkildə keçirilməsi ilə yaddaqalan olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Penza Dövlət Universitetinin Beynəlxaq əlaqələr üzrə prorektoru, professor Yuriy Mazey belə konfransların virtual əməkdaşlığın inkişafı, xalqlar arasında elm və təhsil sahəsində tərəfdaşlığın, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynamasından danışıblar. Çıxışlarda naxçıvanlı tələbələrin tələbə mobilliyi əsasında Penza Dövlət Universitetində bir semestr ərzində təhsil almasından, müəllim və tələbə mübadiləsinin gələcək inkişafı istiqamətində görüləcək işlərdən danışılıb. Naxçıvan Dövlət Universiteti televiziyasının hazırladığı, M.Y.Lermontovun həyat və yaradıcılığından bəhs edən film-slayd maraqla izlənib. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vera Şmelkova şairin zəngin bədii irsi, klassik rus poeziyasındakı özünəməxsus yeri ilə bağlı ətraflı məlumat veriblər. Naxçıvan Dövlət Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Hüseyn Adıgözəlov “Lermantov və Azərbaycan” mövzusunun mübahisəli aspektləri” mövzusunda məruzə etməzdən əvvəl böyük rus şairinin 200 illik yubileyi münasibətilə kafedrada görülən işlərdən danışıb. Hüseyn Adıgözəlov Lermontovun Şuşada olması, görkəmli Azərbaycan mütəfəkkiri və dramaturqu Mirzə Fətəli Axundovla şəxsi tanışlığı, M.F.Axundovun “Puşkinin ölümünə Şərq poeması”nı Lermantovun “Şairin ölümü” şeirinin təsiri ilə yazması ilə bağlı mübahisəli elmi məsələlərə aydınlıq gətirib, Lermontov və Azərbaycan mövzusunda həllini gözləyən problem mövzulardan danışıb. Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Tamara Surkova “Lermontov” ensiklopediyası şairin yaradıcılığının tədqiqinin unikal təcrübəsi kimi” məruzəsində qeyd edib ki, 1981-ci ildə SSRİ Elmlər Akademiyasının Rus ədəbiyyatı İnstitutu tətrəfindən “Sovet ensiklopediyası” nəşriyyatında V.A.Manyulovun baş redaktorluğu ilə çıxan “Lermontov” ensiklopediyası keçmiş SSRİ-də ilk şəxsiyyət ensiklopediyası kimi tarixə düşüb. Bu nəşrdə şairin həyat və yaradıcılığı, mühiti, rus və xarici müəlliflərin Lermontov yaradıcılığına təsiri, Lermontovun təsviri sənətdə əksi, onunla bağlı elmi tədqiqatlar haqqında məlumatlar öz əksinin tapıb. İyirmi ilə yaxın bir müddətdə araya-ərsəyə gələn bu illüstrasiyalı məlumat nəşri lermontovşünaslar üçün qiymətli isnad mənbəyidir. Həmin kafedranın baş müəllimi Tatyana Kolyujko “M.J.Lermantov və Penza diyarı” mövzusunda məruzə edərək şairin 26 illik ömrünün 13 ilinin Penza vilayətinin Tarxanı kəndində nənəsinin malikanəsində keçdiyini, burada 1905-ci ildən ev muzeyi yaradıldığını, şairin həyat və fəaliyyətini əks etdirən 29 min eksponatın nümayiş olunduğunu bildirib. Qeyd olunub ki, M.Y.Lermontov zabit kimi hərbi xidmət göstərərkən hər il qısamüddətli məzuniyyətlərini də Penza vilayətində keçirib. Naxçıvan Dövlət Universitetinin Xaici dil müəllimliyi (rus dili) ixtisasının I kurs tələbəsi Mehri Rəcəbova “Lermontov yaradıcılığında Azərbaycan” məruzəsində Qusar, Quba, Şamaxı kimi bölgələrdə olan şairdə Azərbaycan mədəniyyətinə, adət-ənənlərinə, dilinə, folkloruna maraq və sevgi yaranması, “Zəmanəmizin qəhrəmanı”, “Mən Tiflisdə”, “Görüş”, “Qaçaq İsmayıl bəy”, “Xəncər”, “İblis” əsərlərində Azərbaycanla bağlı səhnələrin təsviri barədə məlumat verib. Hmin ixtisasın III kurs tələbəsi Heyran Babazadə “Azərbaycan şairlərinin Lermontova ithafı” mövzulu məruzələrində Azərbaycan ədbiyyatında Lermontov yaradıcılığından qaynaqlanan poetik nümunələrdən, Məmməd Rahim, Mirvarid Dilbazi, Nəbi Xəzri, Əli Kərim, Nəriman Həsənzadə kimi şairlərin əsərlərində Lermontova müraciət, böyük rus şairinin poetik obrazının canlandırılması məsələlərindən bəhs edib. Konfransın sonunda hər iki universitetin tələbələrinin ifasında böyük rus şairinin şeirləri Azərbaycan, rus, türk, ərəb, çin dillərində bədii qiraət olunub.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info