Səfir Belçika parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tarix: 20.11.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Belçika parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Zigfrid Brakke ilə görüşüb.Səfirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı səfir Azərbaycanın regiondakı yeri və tutduğu mövqe barədə ətraflı məlumat verib, müstəqillik əldə etdikdən sonra Azərbaycanın Avropaya və Avropa institutlarına inteqrasiya yolunu tutduğunu söyləyib.
F. İsgəndərov ikitərəfli iqtisadi münasibətlərin hazırki durumu barədə danışaraq son bir il ərzində iqtisadi əlaqələrin genişlənməsi və Belçika şirkətlərinin Azərbaycanda fəallaşmasını iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya kimi qeyd edib və iqtisadi münasibətlərin inkişafı fonunda siyasi əməkdaşlığın möhkəmlənməsinin zəruri olduğunu nəzərə çatdırıb.
Z. Brakke Azərbaycan səfiri ilə görüşdən məmnunluq duyduğunu diqqətə çatdıraraq ölkələr arasında dövlət və hökumət başçıları, nazirlər səviyyəsində qarşılıqlı səfərlərlə yanaşı, parlamentlərarası səfərlərin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Belçika və Azərbaycan arasında parlamentlər səviyyəsində siyasi dialoqun aparılmasına hazır olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info