Sınaq qiymətləndirməsindən keçən müəllimlərin əməkhaqqı artacaqmı?
Tarix: 20.11.2014 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Hazırda Bakıda sınaq qiymətləndirməsindən keçən müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi müvafiq qurumlarda razılaşdırma mərhələsindədir. Bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Nazir bu layihənin qısa müddət ərzində razılaşdırılacağına ümid etdiyini bildirib: “Burada məqsəd sınaq qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarının mərhələli şəkildə artırılması barədə konkret qərarın verilməsidir. Ümid edirik ki, yaxın zamanlarda biz buna nail ola biləcəyik”.
M.Cabbarov qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin xüsusi kurslar vasitəsilə təkmilləşdirilməsi imkanları yaradılıb: “Yalnız bundan sonra attestasiya həyata keçiriləcək. Burada biz sosial yanaşmaya üstünlük verdik. Bir sıra, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə birbaşa attestasiya keçirildi. Ancaq biz dövlətin sosial siyasətini nəzərə alaraq, hər hansı müəllimi attestasiyaya dəvət etməmişdən əvvəl öz tərəfimizdən bütün lazımi şəraiti yaratmalıyıq ki, müəllimlərin təkmilləşdirilməsi müvafiq zəif yerləri bilərək həyata keçirilsin”.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü ilin sonunda qəbul etdiyi müvafiq qərara əsasən, müəllimlərin maksimal dərs yükü 3 stavkaya və yaxud 36 dərs saatına bərabər ola bilər. Müəllimlərin maksimal dərs saatının 24 saat olması barədə hər hansı bir məhdudiyyət yoxdur: “Bu, köhnə qayda idi. Yeni qayda artıq tətbiq olunur. Əməkhaqqının ödənişinə gəldikdə, 12 saat olan stavka üçün minimal əməkhaqqı 155 manat, maksimal əmək haqqı 207 manatdır”.
M.Cabbarov deyib ki, NK tərəfindən verilən 15 avqust 2014-cü il tarixli qərara əsasən, rayon və kəndlərdəki orta məktəblərdə vakant müəllim ştatlarının azaldılması məqsədilə gənc müəllimlərin həvəsləndirilməsi üçün ödənilən vəsaitlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb: “Biz artıq nəticələri görürük. Nəticələr isə ondan ibarətdir ki, rayon və kənd məktəblərində vakant müəllim ştatlarının sayı 3 faizdən 0,78 faizə faizə enib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info