Bank VTB-nin gəlirləri 60 faiz artıb
Tarix: 20.11.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Bank VTB (Azərbaycan) bu ilin 10 ayının nəticələrinə görə yüksək inkişaf dinamikası nümayiş etdirib.
Bankdan verilən məlumata görə, belə ki, 1 noyabr 2014-cü il tarixinə bank VTB (Azərbaycan)-nın aktivləri 274 mln manata çataraq, 2013-cü ilin müvafiq göstəricisini 51% üstələyib. Bankın məcmu kapitalı 49,5 mln manat təşkil edib. Ötən ilin həmin dövrü ilə müqayisədə məcmu kapitalın artımı 55% və ya 17 mln manatdan çox olub.
1 noyabr 2014-cü il tarixinə kredit portfeli 63% artaraq 260 mln manatı keçib ki, bunlardan da 137 mln manat və ya 54% biznes-kreditləri, 123 mln manat və ya 46% isə istehlak kreditləri təşkil edib. Ümumi kredit portfelində kiçik sahibkarlığın inkişafına ayrılan kreditlərin həcmi 84,4 mln manat və ya 32,5 % təşkil edib. Orta və iri sahibkarlığın kreditləşməsinə 52,7 mln manat və ya 20% ayrılıb. Ötən ilin göstəricisi ilə müqayisədə istehlak kreditləri 46 mln manat, kiçik biznesə ayrılan kreditlər 41 mln manat, orta və iri sahibkarlığın maliyyələşməsi ayrılan vəsaitlər isə 13 mln manat artıb. Noyabrın əvvəlinə verilən istehlak kreditlərin əsas hissəsi avtokredit və nağd kreditlərin payına düşüb – müvafiq olaraq 24% və 18%.
1 noyabr 2014-cü il tarixinə bankın depozit portfelinin həcmi 18 mln manatdan çox olmuşdur. Hesabat dövrünə bankın gəliri 4 mln manat təşkil edib ki, bu da ötənilki göstərici ilə müqayisədə 60% və ya 1,6 dəfə çoxdur.
1 noyabr 2014-cü il tarixinə bank VTB (Azərbaycan)-nın 11 filialı fəaliyyət göstərib ki, onlardan da 7-si bu il istifadəyə verilib. Hesabat ilinin sonunadək bank Sumqayıt və Gəncə şəhərlərində də yeni filiallar açmaqla filial şəbəkəsinin sayını 16-ya çatdırmaq niyyətindədir.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 11 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: ulfat.ahmadova@vtb.az www.vtb.az
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info