“Muxtariyyət ili” ilə əlaqədar açıq dərslər davam etdirilir
Tarix: 20.11.2014 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Heydər Əliyev Muzeyində və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində açıq dərslər davam etdirilir.
Naxçıvan Tibb Kollecinin tələbələrinin iştirakı ilə Heydər Əliyev Muzeyində keçirilən açıq dərsdə kollecin tarix müəllimi Xanım Kazımova bildirib ki, ötən əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etsə də, bu müstəqilliyi qoruyub saxlamaq heç də asan olmamışdır.
Vurğulanıb ki, müstəqilliyin ilk illərində ölkəmiz yeni geosiyasi vəziyyətin diktə etdiyi ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri ilə qarşılaşıb. Ermənistanın hərbi təcavüzünün nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ problemi və iqtisadi tənəzzül, hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər cəmiyyəti idarəolunmaz vəziyyətə gətirib. Yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təlatümlər burulğanından xilas edib, onun siyasi uzaqgörənliyi, möhkəm iradəsi, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi ölkəmizi fəlakətdən qurtarıb.
Qeyd olunub ki, o dövrdə müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olunub, qanunsuz silahlı dəstələr zərərsizləşdirilib, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alınıb. Bununla da, respublikada stabil, normal həyat bərqərar olunub. Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, əhəmiyyətli qərarlar qəbul edilib. Ölkə iqtisadiyyatının dirçəlişi yönündə ötən dövr ərzində qəbul edilən proqramlar respublikamızın bütün regionlarını, o cümlədən Naxçıvan Muxtar Respublikasını da əhatə edib. Muxtar respublikanın 1995-ci ildən başlanan sürətli sosial-iqtisadi inkişafı onu Azərbaycanın ən sürətlə inkişaf edən lider regionuna çevirib.
Vurğulanıb ki, bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılan nailiyyətlər qürur doğurur. Ən qürurverici hal odur ki, müstəqilliyimiz əbədi, sarsılmaz xarakter alıb.
Sonda açıq dərsin iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri də Heydər Əliyev Muzeyində olub, açıq dərsdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində də açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin II kurs tələbələri iştirak ediblər. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Eradan əvvəl VI-I minilliklərdə Naxçıvanda etnik-mədəni proseslər” mövzusunda mühazirəsi dinlənilib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və onlar mərkəzlə yaxından tanış olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info