“The Financial Times“: “Rusiya və Çin ABŞ-a qarşı güclü alyans yaradır”
Tarix: 20.11.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın "The Financial Times" qəzeti ABŞ və Rusiya-Çin münasibətləri və qarşıdurması barədə maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, Rusiya və Çinin daha sıx hərbi əməkdaşlıq edəcəyi ilə bağlı bəyanat, bu dövlətlərin ABŞ-ın dünya hegemonluğu ilə barışmamasından irəli gəlir: “Rusiya Ukrayna böhranının ən qızğın çağında Qərbə özünün hadisələri inkişafetdirmə variantlarını və Çin kimi güclü müttəfiqə malik olduğunu nümayiş etdirməyə çalışır. Çinin də öz növbəsində, ABŞ-a qarşı durmaqda əsaslandırmaları var. ABŞ-ın Asiyaya doğru orientasiyasını dəyişməsi çinliləri də olduqca hiddətləndirib. O cümlədən, ABŞ hərbi dəniz qüvvələrinin 60 faizinin Sakit Okeanda yerləşməsi də çinlilərin hiddətinə səbəb olan amillərdəndir.
Çinin Sakit Okeanda ABŞ-a qarşı dayanmaqda zəif tərəflərindən biri ondadır ki,onun bu regionda müttəfiqləri azdır. Amma ABŞ-ın Yaponiya, Cənubi Koreya hərbi qüvvələri ilə müqavilələri var. Onlar isə Cənub-Şərqi Asiya ölkələri ilə sıx münasibətdədirlər. Amma ruslarla müttəfiqliyə girişən çinlilər yeni xüsusi güclü alyans yaratmaqdadırlar. Hər halda, zaman göstərəcək ki,bu müttəfiqlik nə dərəcədə güclüdür.
Amma Rusiya müdafiə naziri Sergey Şoyqu tərəfindən verilmiş iki bəyanat çox diqqətçəkən olub.
Birincisi, Rusiya və Çinin regional kollektiv təhlükəsizlik sistemi yaratması məsələsində söhbət ondan gedir ki,gələcəkdə çox şey vəd edən anlaşma ola bilər və bu,təkcə dəniz təlimləri ilə məhdudlaşmayacaq.
“Kollektiv təhlükəsizlik” anlaşmaları, NATO-da olduğu kimi, kollektiv təhlükəsizliyi təmin etmək üçün ciddi niyyətləri ehtiva edir. İkincisi, bəyanatlarda diqqətçəkici təəssüratlardan biri odur ki, Rusiya və Çin gələn il Aralıqdənizində birgə hərbi təlim keçəcəklər.
Əgər biz Çin gəmilərinin Aralıq dənizində necə patrulluq etdiyini görsək, onda anlayarıq ki,dünya necə dəyişib.
Bu fəaliyyətlərdən aydındır ki, ruslar və çinlilər nəyə cəhd edirlər.Onların hər ikisi ABŞ-ın hərbi nüfuzunun dünya miqyasında artmasından olduqca rahatsızdırlar.
Amerikan hərbi-dəniz güclərinin Çin sahillərində olması, NATO ordularının isə Rusiya sərhədlərində dayanması rahatsızlıq yaratmaya bilməz. Buna görə də Qərbin lap arxasında hərbi-dəniz təlimlərinə başlamaqla, ruslar və çinlilər, belə görünür ki,düşməni sıxışdırmağa başlamağa çalışırlar.
Doğrudur, indidən tamamilə Qərbə qarşı dayanan Rusiya-Çin blokunun yaranmasını demək tələskənlik olardı. Daha çox ona bənzəyir ki,Çin iki cəbhədə bacarıqla oynayır.
Məsələn,az öncə ABŞ və Çin rəhbərlərinin dostca görüşü və buxar qazları tullantılarının qarşılıqlı azaldlması ilə bağlı onlar arasında razılaşma imzalanması, Rusiyadan üzünü yana çevirmə kimi də qiymətləndirilə bilər.
Tamamilə aydındır ki, ABŞ Rusiyanı da, Çini də təşvişə salır. Daha konkret desək, hər iki ölkə, ABŞ-ın onlara öz regionlarında hegemonluq etməyə imkan yaratmamasından narazıdır.
Hər iki tərəf ABŞ-ın başqa ölkələrin işinə qarışmaq və birqütblü dünya siyasətindən narazıdır. Bu isə onları silahlanmaya böyük vəsaitlər sərf etməyə və hərbi gücü artırmağa vadar edir.
Amma Rusiya iqtisadiyyatı Çin iqtisadiyyatından çox zəifdir. Rusiya iqtisadiyyatı hazırda yaxşı təsir bağışlamır, Rusiyanın ABŞ-a münasibəti isə o qədər pisləşib ki, Çindən fərqli olaraq ABŞ-la əməkdaşlığı istisna edir.
May danışıqlarının nəticəsi olaraq Rusiya Çinə özünə sərf etməyən qiymətlə qaz satmağa razılıq verməyə məcbur oldu. İndi isə Çin tələb edir ki, Rusiya ona əvvəl satmaqdan imtina etdiyi yüksəktexnologiyalı silah satsın.
Bundan əlavə, Rusiya Çinin sonrakı inkişafından da olduqca ehtiyatlanır. Rusiya Uzaq Şərqi təbii sərvətlərlə zəngindir. Orada əhali sıxlığı olduqca aşağıdır. O ərazilərin bir çoxunda hələ 19-cu əsrdə çinlilər məskən salıb”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info