Sumqayıtda əmək yarmarkası keçiriləcək
Tarix: 20.11.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrın 21-də saat 10-da Sumqayıt şəhərində (Sumqayıt Dövlət Universitetinin foyesi) işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkası keçiriləcək. Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılacaq. Həmçinin Sumqayıt şəhərindəki SYSLAB Təlim Tədris Mərkəzində innovativ metodlarla işaxtarma bacarıqlarının artırılması üzrə təlimlərdə iştirak etmək istəyənlər qeydiyyata alınacaq. Cari ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 53 şəhər və rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda ümumilikdə 1961 müəssisə tərəfindən 16781 boş (vakant) iş yeri təqdim olunub. Bu tədbirlər nəticəsində 4 833 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verilib və onların 80%-ı münasib iş yerləri ilə təmin olunub. Həmçinin 419 nəfər peşə hazırlığı kurslarına, 250 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Habelə ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində 470 müəssisə üzrə 4089 boş (vakant) iş yeri təqdim olunub, 669 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, 2 824 nəfər məzun və tələbənin şəxsi məlumatları (CV) qəbul olunub, 182 nəfər peşə hazırlığına cəlb olunmaq üçun qeydiyyata alınıb.
SYSLAB Təlim Tədris Mərkəzlərində 376 nəfər işsiz və işaxtaran vətəndaşa innovativ metodlar əsasında iş axtarışı bacarıqları aşılanıb ki, onlardan 305 nəfəri artıq özlərinə iş tapıblar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info