Binəqədidə yaşayış binaları ilə bağlı Resurs və İnformasiya Mərkəzi yaradılıb
Tarix: 20.11.2014 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Ramiz Göyüşov: “Hazırda Binəqədi rayonundakı yaşayış binalarının mülkiyyətçilər tərəfindən idarə olunmasının məqbul formaları müəyyənləşdirilir”

Binəqədi rayonunda çoxmənzilli binaların yeni üsullarla idarə olunmasının təbliği üçün Resurs və İnformasiya Mərkəzi yaradılıb. Mərkəz Avropa İttifaqının “Azərbaycanda mənzil islahatlarına dəstək” layihəsinə uyğun olaraq açılıb. Burada həftənin beş günü İqtisadiyyat və Sənaye Nazirliyinin, Avropa İttifaqından maliyyələşən QHT-lərin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri izahat və maarifləndirmə işləri aparırlar.
Binəqədi Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov deyib ki, bu sahədə artıq ilk addımlar atılıb. Pilot layihələr də icra edilir. Bu məqsədlə Ukraynanın Kiyev, Xarkov, Qırğızıstanın Bişkek, Latviyanın Riqa və Estoniyanın Tallin şəhərlərinin təcrübəsi öyrənilib. Hazırda rayon ərazisində yerləşən yaşayış binalarının mülkiyyətçilər tərəfindən idarə olunmasının məqbul formaları müəyyənləşdirilir.
Əsas məsələnin bina sakinləri ilə razılaşmaq olduğunu vurğulayan R.Göyüşov onlara müxtəlif üsullarla yanaşdıqlarını dedi. Bildirdi ki, maarifləndirməyə vətəndaş cəmiyyəti institutları cəlb olunur.
“Media və İctimai Təşəbbüslər Mərkəzi” ilə birgə layihənin icrasına başlamışıq. “Bizim bina” adlı bələdçi kitabçası nəşr etdirərək sakinlərə paylamışıq. Aparılan təbliğat işləri nəticəsində 8-ci mikrorayon ərazisindəki İ.Dadaşov küçəsi 91 və 91a, S.S.Axundov küçəsindəki 4 nömrəli binaların mülkiyyətçiləri tərəfindən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri yaradılaraq Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Bundan başqa 5 binanın sakinləri təsis yığıncağı keçiriblər” - deyə R.Göyüşov qeyd edib .
Şöbə müdiri apardıqları araşdırmalara, öyrəndikləri təcrübəyə əsaslanıb deyir ki, çoxmənzilli binaların idarə edilməsinin yeni formalarının tətbiqində problemlər də mövcuddur. Onların əksəriyyəti Mənzil Məcəlləsinin icra mexanizminin olmaması ilə bağlıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info