Ağcabədidə “Qarabağ Regional Uşaq Forumu” keçirilib
Tarix: 20.11.2014 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “Qarabağ Regional Uşaq Forumu” keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisi tərəfindən keçirilən Forumda rayon təhsil və polis şöbələrinin, İnsan Hüquqları üzrə Müvəkkilin Gəncə Regional Mərkəzinin əməkdaşları, müəllim və şagirdlər, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, həmçinin qaçqın və məcburi köçkün uşaqlar iştirak edib.
Tədbirdə çıxış edən Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva Forumun keçirilməsinin əhəmiyyətindən, regionlarda uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, uşaqların keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.
BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəaları haqqında ətraflı məlumat verən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə qəbul olunan normativ sənədlər və həmin qanunvericiliyə uyğun olaraq bu sahədə görülən işlər, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən danışıb.
Forum zamanı uşaq hüquqlarından bəhs edən qısametrajlı film göstərilib, uşaqlar üçün aktual olan mövzular üzrə ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.
Tədbir uşaqların ifasında rəqs və musiqi nömrələri, uşaq hüquqlarından bəhs edən səhnəciklərlə davam edib.
Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info