“Razılığın əldə olunması xalqların, regionun və dünyanın xeyrinədir”
Tarix: 20.11.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Vyanada "5+1" ölkələri ilə İran arasında nüvə danışıqlarının davam etdiyi bir vaxtda Prezident Həsən Ruhani Qərb ölkələrini müzakirələri yekunlaşdırmaqla bağlı qərarsızlıqda ittiham edib. Bu barədə "Fars" agentliyi məlumat verib. O, qeyd edib ki, nüvə danışıqlarında hərtərəfli razılıq əldə etmək mümkündür: "Lakin, ola bilsin, qarşı tərəf iddia etdiyinin əksinə olaraq, bunun üçün ciddi qərar və iradəyə sahib deyil. Onlar tamahkarlıqdan əl çəkməli və bilməlidirlər ki, razılığın əldə olunması xalqların, regionun və dünyanın xeyrinədir".
İran Prezidenti ölkəsinin qərar qəbul etmək, məsuliyyəti üzərinə götürmək və hədəfə çatmaq üçün müxtəlif zəruri yolları seçmək cəsarətinə sahib olduğunu vurğulayıb.
H.Ruhani deyib ki, İran xalqı və ali lider nüvə danışıqlarında iştirak edən İran rəsmilərini dəstəkləyir: "İran nüvə danışıqlarında xalqın hüquqlarının qorunması, mənafeyinin təmini, eləcə də ölkənin müstəqilliyinə zamin ola biləcək razılaşma əldə etmək niyyətindədir".
İran və "5+1" ölkələri arasında Vyanada keçirilən müzakirələr artıq 3-cü gündür davam edir. Bundan öncəki danışıqların nəticəsinə görə hərtərəfli razılığın əldə olunması üçün ayrılmış vaxt noyabrın 24-də başa çatır.
Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Toni Blinken demişdi ki, nüvə danışıqlarında razılığın əldə olunması ilə bağlı məsuliyyət ABŞ-dan daha çox İranın üzərinə düşür.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info